Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə2/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   2   3   4   5   6   7   8   9   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 

cavab verirdim ki, elə bil pərt olurdu. Təmtəraqlı nitqlə, 
sözləri bir-birinin üstünə mindirə-mindirə, nəhayət, 
tamamilə dolaşaraq, məni başa saldı ki, uşaqları vağzaldan 
uzaq yerə, parka gəzməyə aparım. Axırda o lap hirsləndi və 
qəfildən səsini qaldırdı: “Yoxsa siz, ola bilsin ki, onları 
vağzala, ruletkaya aparasınız. Məni bağışlayın, – o əlavə 
elədi, – bilirəm, hələ yetərincə düşüncəsiz oynamağa, güman 
ki, qabilsiniz. Hər halda, mən sizin tərbiyəçiniz deyiləm
belə rolu öz üzərinə götürməyi də arzulamıram, amma heç 
olmasa, məni nüfuzdan salmamağınızı arzulamağa ixtiyarım 
var…” 
– Bəs axı, mənim pulum da yoxdu, – sakitcə cavab 
verirdim; – pul uduzmaq üçün pulun olmalıdı. 
– Siz pulu dərhal alarsınız, – general bir qədər qızarıb 
dilləndi, öz masasında qurdalandı, kitabları yoxladı, məlum 
oldu ki, onda mənim 120 rubla qədər pulum var. 


www.vivo-book.com 

– Biz necə hesablaşacağıq? – o dilləndi, – talerə
2
çevirmək lazımdı. Gəlin yüz taler götürün, yuvarlaq hesabla, 
– qalanı, əlbəttə, batmaz.
Mən sakitcə pulu götürdüm. 
– Siz, lütfən, mənim sözlərimdən inciməyin. Elə 
dəymədüşərsiniz… Əgər mən sizə irad tutdumsa, onda necə 
deyərlər, xəbərdar elədim, artıq buna bir qədər haqqım 
çatır…
Nahardan qabaq uşaqlarla evə qayıdanda bütöv bir 
dəstə ilə rastlaşdım. Bizimkilər hansısa xarabalığa 
gedirdilər. İki qəşəng fayton, əla atlar! Mademoiselle 
Blanche
3
Marya Filippovna və Polinayla bir faytonda
fransızciyəz, ingilis və bizim general at belində. Yoldan 
ötənlər dayanıb tamaşa eləyirdilər; təsir göstərmişdi; ancaq 
general yaxasını qurtara bilməyəcəkdi. Hesabladım ki, 
gətirdiyim dörd min frankın üstünə də, çox güman, ələ 
keçirdiklərini də əlavə eləyə bilsək, onların yeddi, yaxud 
2
3 markalıq qədim gümüş alman pulu 
3
mademuazel Blanş – fransızca 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin