www.vivo-book.com
9
həm də deyəsən, onun sözünü kəsib dedim ki, bu yay ruslara
otellərin ümumi masaları arxasında
nahar eləmək qətiyyən
olmaz. General təəccüblü baxışlarını mənə dikdi.
– Əgər özünüzə hörmət eləyən adamsınızsa, – sözümə
davam elədim, – onda mütləq söyüşə görə üzr istəməlisiniz,
fövqəladə təhqirlərə də dözməlisiniz. Parisdə və Reyndə,
hətta İsveçrədə ümumi masalar arxasında
o qədər çox
polyakcığazlar, onlara ürəyi yanan fransızciyəzlər var ki…
Əgər, yalnız siz russunuzsa, bir söz deməyə imkan yoxdu.
Bunları fransızca dedim.
General hirslənmək, yoxsa
yalnız heyrətlənmək lazım olduğunu bilmədən çaşqınlıq
içində mənə elə baxdı ki, özümü itirdim.
– Deməli,
sizi kimsə, hardasa öyrədib, – fransızciyəz
etinasızlıqla və nifrətlə dilləndi.
– Mən Parisdə əvvəlcə bir polyakla sözləşdim, – cavab
verdim, – sonra polyaka kömək çıxan fransız zabitiylə.
Sonra
onlara monsinyorun
7
qəhvəsinə necə tüpürmək
7
Fransadakı katolik arxiyepiskopların və yepiskopların titulu