Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə3/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   2   3   4   5   6   7   8   9   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 

səkkiz min frankları var; bu da m-lle Blanche üçün həddən 
artıq azdı. 
M-lle Blanche anasıyla birgə bizim oteldə qalır; 
fransızciyəzimiz də hardasa elə burdadı. Nökərlər onu “m-r 
lu comte”
4
çağırırlar, m-le Blanche-nin anası “m-mlle la 
comtecce”
5
çağırılır; neynək, bəlkə doğrudan da onlar 
comte et komtesse-dilər. Mən elə belə də bilirdim ki, nahar 
masası arxasında yığışanda m-r le comte məni tanımayacaq. 
General, əlbəttə, bizi tanış etməyi, yaxud heç olmasa, məni 
ona təqdim eləməyi, qəti fikirləşməzdi də; amma m-r le 
comte özü Rusiyada olmuşdu və onların outchitell 
adlandırdıqları quşun necə balaca olduğunu bilir. Bununla 
belə, o məni çox yaxşı tanıyır. Amma boynuma alım, axı 
mən nahara da çağırılmamış gəlmişdim; görünür, general 
tapşırıq verməyi yadından çıxarmışdı, yoxsa yəqin ki, məni 
4
c-b qraf – fransızca 
5
x-m, qrafinya – fransızca 


www.vivo-book.com 

table do not
6
arxasında nahar eləməyə göndərərdi. Mən 
özbaşına gəlmişdim, ona görə də general üzümə narazılıqla 
baxdı. Ürəyiyumşaq Marya Filippovna dərhal mənə yer 
göstərdi; amma mister Astleylə görüş məni xilas elədi, 
özümdən asılı olmayaraq onların cəmiyyətinə qoşuldum. Bu 
qəribə ingilislə mən əvvəlcə Rusiyada rastlaşmışdım, 
bizimkilərin 
arxasınca 
gedəndə 
vaqonda 
üzbəüz 
oturmuşduq; sonra onunla Fransaya gedəndə, nəhayət, 
İsveçrədə qarşılaşdıq; bu iki həftə ərzində iki dəfə. İndisə 
budu, qəfildən ona artıq Ruletenburqda rast gəldim.
Ömrümdə heç zaman ondan artıq utancaq adamla üz-üzə 
gəlməmişdim; o, sarsaqcasına utancaqdı, əlbəttə, bunu özü 
də bilir, ona görə ki, heç də axmaq deyil. Bununla belə, çox 
sevimli və sakit adamdı. Rusiyadakı ilk görüşümüzdə onu 
danışmaq zorunda qoydum. O, mənə bəyan elədi ki, bu yay 
Nord-Kapdaymış və Nijeqorod yarmarkasında olmağı çox 
istəyirmiş. Bilmirəm, generalla necə tanış olub; mənə elə 
gəlir ki, o, Polinaya əməlli-başlı vurulub. Polina içəri 
6
ümumi masa – fransızca 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin