Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə8/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   4   5   6   7   8   9   10   11   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
16 
– Axı mən heç onun qohumu da deyiləm, yalnız 
generalın qızıyam. Amma yəqin bilirəm, o, vəsiyyətnamədə 
məni yada salacaq. 
– Mənə elə gəlir, sizə lap çox çatacaq, – təsdiq elədim. 
– Hə, o məni sevirdi; amma sizə niyə belə gəlir? 
– Deyin görüm, – sualla cavab verdim, – bizim markiz 
də bütün ailə sirlərinə bələddi? 
– Bəs siz özünüz niyə bu haqda maraqlanırsınız? – 
Polina mənə sərt və təkəbbürlə baxıb soruşdu. 
– Başqa cür ola bilməz; əgər səhv eləmirəmsə, general 
ondan da borc pul almağa macal tapıb. 
– Siz çox düz tapmısınız. 
– Bəs, nənəciyəz haqqında bilməsəydi, pul verərdimi? 
Masa arxasında gördünüzmü: o, nənə haqqında nəsə 
danışanda üç dəfə onu nənəciyəz adlandırdı: “la 
baboulkinka”. Necə yaxın dostluq, necə yaxın münasibət! 
– Hə, siz haqlısınız. Vəsiyyətnamədən mənə də bir şey 
düşdüyünü öyrənən kimi, bir dəqiqədə elçi düşəcək. Siz 
bunu öyrənmək istəyirdiniz? 


www.vivo-book.com 
17 
– Hələ indi elçi düşür? Mən elə bilirdim, o, çoxdan elçi 
düşüb. 
– Siz çox yaxşı bilirsiniz ki, yox! – Polina incikliklə 
dedi. – Siz bu ingilisə hardan ürcah olmusunuz? – O, bir 
dəqiqəlik sükutdan sonra soruşdu. 
Mən elə bildim ki, siz indi onun haqqında 
soruşacaqsınız. Ona mister Astleylə yoldakı görüşlərim 
haqqında danışdım. “O, utancaq və tez-tez vurulan adamdı, 
düzünü deyin, sizə aşiq olub?” 
– Hə, o mənə vurulub, – Polina cavab verdi. 
– Və doğrusu, əlbəttə, o, fransızdan on qat varlıdı. 
– Nədi, fransızın, doğrudan da, nəyisə var? Buna şübhə 
yoxdu? 
– Şübhə yoxdu. Onun hansısa chateau-su
12
var. 
– Mən sizin yerinizə olsaydım, mütləq ingilisə ərə 
gedərdim. 
– Niyə? – Polina soruşdu. 
12
qəsr – frans.



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin