Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə16/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   12   13   14   15   16   17   18   19   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
32 
yox idi və general açıldı: sözarası o məni qumar masası 
arxasında görməyi arzulamadığını qeyd eləməyi lazım bildi. 
Onun fikrincə, əgər mən təsadüfən həddən artıq uduzsam, bu 
onu nüfuzdan salar, “əgər çox udsam belə, onda da nüfuzdan 
düşəcəyəm, – vüqarla əlavə elədi. – Əlbəttə, sizin 
hərəkətlərinizi yönəltmək hüququm yoxdu, amma özünüz 
razılaşın ki…” 
Burda, o, adəti üzrə fikrini yarımçıq qoydu. Mən quru 
tərzdə ona dedim ki, çox az pulum var, buna görə də əgər 
oynasam belə, həddən artıq gözəçarpacaq dərəcədə uduza 
bilərəm. Yuxarı, öz otağıma gələndə Polinaya uduş 
məbləğini verə bildim, ona dedim ki, gələn həftə artıq ondan 
ötrü oynamayacağam. 
– Niyə axı? – o, həyəcanla soruşdu. 
– Ona görə ki, özümçün oynamaq istəyirəm, – ona 
təəccüblə baxıb cavab verdim, – bu isə mane olur. 
– Ruletkanın yeganə çıxış və nicat yolunuz olduğuna 
belə qətiyyətlə əmin olmaqda davam eləyirsiniz? – o, 
istehzayla soruşdu. Yenə çox ciddi tərzdə cavab verdim ki, 


www.vivo-book.com 
33 
hə; mütləq udacağıma inamıma gələndəsə, qoy bu gülməli 
olsun, razıyam, amma məni rahat buraxsınlar. 
Polina Aleksandrovna təkid eləyirdi ki, bugünkü 
uduşunu onunla mütləq yarı bölməliyəm və bundan sonra da 
həmin 
şərtlə oynamaq təklifi irəli sürüb səksən 
fridrixsdörünü mənə verdi. Mən uduşun yarısından 
qətiyyətlə və birdəfəlik boyun qaçırdım, elan elədim ki, 
başqaları üçün bunu istəmədiyimə görə yox, mütləq 
uduzacağım üçün oynaya bilmərəm. 
– Amma bu nə qədər axmaq olsa da, mən özüm bir 
ruletə ümid bəsləyirəm, – o, fikirli-fikirli dilləndi. – Elə 
buna görə də mütləq mənimlə birgə yarıbayarıya oynamağa 
davam eləməlisiniz və şübhəsiz ki, oynayacaqsınız. – Dərhal 
da etirazlarımın davamına qulaq asmadan məndən aralandı.
III FƏSİL



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin