Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə24/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   20   21   22   23   24   25   26   27   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
48 
bu cür sanballı sərvət yığınının gəlib-getməsini eşitmək 
sadəcə, ondan ötrü ağırıydı. 
Şübhələnirəm ki, dünən axşam onun fransızla hansısa 
qızğın mübahisəsi olub. Onlar nəsə üstüörtülü bir şey 
haqqında uzun-uzadı, hərarətlə danışırdılar. Fransız elə bil 
nədənsə hirslənmiş halda getdi, bu gün səhər tezdənsə, 
yenidən generalın yanına gəldi – həm də yəqin ki, dünənki 
söhbəti davam etdirməkdən ötrü. 
Fransız mənim uduzmağım haqqında deyilənlərə qulaq 
asıb istehzayla, hətta acıqla qeyd elədi ki, dərrakəli olmaq 
lazımıydı. Bilmirəm niyə, əlavə elədi ki, ruslar çox 
oynasalar da, heç nəyə qabil deyillər. 
– Mənim fikrimcə isə, ruletka elə yalnız ruslar üçün 
yaranıb, – dedim və fransız sözlərimə nifrətlə gülümsünəndə 
ona söylədim ki, hər halda, əlbəttə, həqiqət mənim 
tərəfimdədi, ona görə ki, oyunçu kimi ruslar haqqında 
danışanda, onları tərifləməkdən daha artıq söyürəm, elə bu 
səbəbdən də mənə inanmaq olar. 
– Axı siz fikrinizdə nəyə əsaslanırsınız? – fransız 
soruşdu. 


www.vivo-book.com 
49 
– Səxavətli kəslərin sorğu-sualına və qərb adamının 
ləyaqətinin tarixən, az qala kapitalın əldə edilməsinin başlıca 
maddəsi olmasına. Ruslarsa, təkcə kapitalı əldə eləməyə 
qabil deyillər, həm də onu birtəhər əbəs yerə, necə gəldi sərf 
edirlər. Buna baxmayaraq, biz ruslara da pul lazımdı, – əlavə 
elədim, – nəticə etibarilə, biz belə, məsələn, ruletka kimi iki 
saat ərzində, zəhmət çəkmədən, qəfildən varlanmaq 
mümkün olan üsullara çox şad və çox meyilliyik. Bu bizim 
izzəti-nəfsimizi çox oxşayır; elə əbəs yerə, zəhmətsiz 
oynadığımıza görə də uduzuruq! 
– Bu müəyyən qədər ədalətlidi, – fransız özündənrazı 
halda qeyd elədi. 
– Yox, bu ədalətli deyil, öz vətəniniz haqqında belə 
fikir söyləmək sizdən ötrü ayıbdı, – general ciddiyyətlə və 
vüqarla dilləndi. 
– Əfv edərsiniz, – ona cavab verdim, – axı, düzdü, hələ 
heç nə məlum deyil: ruslar biabırçıdı, yoxsa halal zəhmətlə 
sərvət yığmağın alman üsulu? 
– Bu nə yaramaz fikirdi! – general səsləndi. 
– Əsl rus fikridi! – fransız dilləndi. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin