www.vivo-book.com
231
eşitmədim, bu barədə də soruşmadım – hər bir azacıq ümid
bəsləyən oyunçu bunu eləyərdi…
Mən
olan-qalan
iyirmi fridrixsdörümü çıxarıb
qarşımda duran “passe”yə atdım.
– Vinqt deux!
85
– nəzarətçi qışqırdı. Uddum, yenə
hamısını qoydum: əvvəlkini də, uduşu da.
– Trente et un
86
– nəzarətçi səsləndi. Yenə uduş!
Deyəsən, mənim cəmi səksən fridrixsdörüm oldu! Mən
bütün səksən fridrixsdörü on iki orta rəqəmə (üçqat uduş,
amma özümə qarşı iki şans) sürüşdürdüm – çarx fırlandı və
iyirmi dörd çıxdı. Mənə
üç əlli fridrixsdörlük bağlama, on
qızıl pul saydılar; cəmi əvvəlkilərlə iki yüz fridrixsdörüm
oldu.
Elə bil, qızdırma içindəydim, bütün bu pul qalığını
qırmızının üstündə sürüşdürdüm –
qəfildən də özümə
gəldim! Bütün bu gecəki oyun ərzində yalnız bir dəfə qorxu
canımı buza döndərdi, əl-ayağım əsməyə başladı. Dəhşət
85
İyirmi iki – frans.
86
Otuz bir – frans.