www.vivo-book.com
234
min florin udmuşam, banksa bir dəfəyə bundan çox pul
ödəmir, deyəsən, ruletkanı səhərəcən bağlayacağıq.
Mən bütün qızıllarımı qapdım, onları ciblərimə
doldurdum, bütün kağız pulları götürdüm, o dəqiqə də
ruletka olan başqa masaya, ayrı zala keçdim, kütlə tamam
dalımca axışdı; orda dərhal mənə yer təmizlədilər, yenə əbəs
yerə hesablamadan pul qoymağa başladım. Başa düşmürəm,
məni nə xilas elədi!
Bununla
belə,
hərdənbir
beynimdə
haqq-hesab
dolaşmağa başlayırdı. Başqa rəqəmlərə, şanslara uyurdum,
lakin tezliklə onları bir tərəfə qoyurdum, yenə demək olar,
şüursuz halda pul atırdım. Ola bilsin, çox fikirli idim;
yadımdadır ki, nəzarətçilər bir neçə dəfə oyunuma düzəliş
elədilər. Mən kobud səhvlər buraxırdım. Gicgahlarım tərdən
islanmışdı, əllərim titrəyirdi. Polyakcığazlar da xidmət
göstərmək üçün üstümə atıldılar.Fəqət mən kimsəni
eşitmirdim. Xoşbəxtlik ara vermirdi! Qəfildən ətrafımda
ucadan danışıq və gülüş qopdu: “Bravo, bravo!” hamı
qışqırırdı, bəziləri hətta əl çaldı. Mən burdan da otuz min
florin uddum. Bankı yenə səhərəcən bağladılar!
www.vivo-book.com
235
– Çıxın gedin, çıxın gedin, – sağ tərəfimdən kiminsə
səsi qulağıma pıçıldayırdı. Bu tanımadığım Frankfurt
cuhuduydu; o, həmişə böyrümdə dururdu, deyəsən, bəzən
oyunda kömək eləyirdi.
– Allah xətrinə, çıxın gedin, – sol qulağıma başqa bir
səs pıçıldadı. Gözümün ucuyla baxdım. Çox ciddi, gözəl
geyinmiş otuz yaşına yaxın, qəribə ağrılı-solğun, yorğun
üzlü, amma indi də əvvəlki əsrarəngiz gözəlliyini qoruyan
xanım idi. Həmin dəqiqələrdə mən necə gəldi, bürmələdiyim
kağız pullarla ciblərimi doldurur, masanın üstündə qalmış
qızılları
yığışdırırdım.
Əlli
fridrixsdörün
axırıncı
bağlamasını qapıb, tamam hiss olunmadan solğun üzlü
qadının ovcuna basmağa macal tapdım; onda bu işi tutmağı
dəhşətli dərəcədə istəmişdim, yadımdadı, onun nazik, arıq
barmaqları qızğın minnətdarlıq əlaməti olaraq əlimdən
yapışdı. Bütün bunların hamısı bir göz qırpımında baş verdi.
Hamısını yığışdırıb, cəld trente et quaranteyə keçdim.
Trente et quarantenin arxasında kübar cəmiyyət oturur.
Bunlar ruletka yox, kartdı. Burda bank bir dəfəyə yüz min
taler ödəyə bilir. Burda da ən çox qoyuluş dörd min florindi.
|