Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə117/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   113   114   115   116   117   118   119   120   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
236 
Mən oyunu qətiyyən bacarmırdım, kartda da olan qırmızıdan 
qaradan başqa demək olar, heç bir qoyuluşu bilmirdim. 
Elə onlara da uydum. Bütün vağzal başıma yığışmışdı. 
Yadımda deyil, həmin vaxt heç olmasa, bir dəfə Polina 
barədə fikirləşdimmi? Onda qabağımda yığın-yığın qalanan 
kağız pulları qapmağa, kürüməyə qəribə qarşısıalınmaz nəşə 
duyurdum. 
Doğrudan da, elə bil, məni qismətim itələyirdi. Bu dəfə 
sanki qəsdən, yeri gəlmişkən, oyunla tez-tez təkrar olunan 
bir əhvalat baş verdi. Məsələn, xoşbəxtlik qırmızının üzünə 
güləndə, on dəfə, hətta on beş dəfə dalbadal əl çəkmir. Mən 
hələ üçüncü gün eşitmişdim ki, ötən həftə hətta iyirmi iki 
dəfə çıxıb; bunu heç ruletkada da eşitməmişdilər, heyrətlə 
danışırdılar. Şübhəsiz, hamı dərhal qırmızıdan əl çəkib, artıq 
onuncu dəfədən sonra məsələn, demək olar, heç kəs ona pul 
qoymağa risk eləmir. Bununla belə, onda təcrübəli 
oyunçuların heç biri qırmızının əksi olan qaraya da pul 
qoymur. Təcrübəli oyunçu bilir ki, deməli, bu “təsadüfün 
şıltaqlığıdı”. Məsələn, adama elə gəlir ki, on altı dəfə qırmızı 
çıxandan sonra on yeddinci zərbə mütləq qaraya dəyəcək. 


www.vivo-book.com 
237 
Təcrübəsizlər dəstə-dəstə bunun üzərinə atılırlar, qoyuluşu 
ikiqat, üçqat artırır, əməlli-başlı uduzurlar. 
Amma mən anlaşılmaz qəribə şıltaqlığım üzündən 
qırmızının yeddi dəfə dalbadal çıxdığını sezib, qəsdən ona 
uydum. Əminəm ki, burda yarısı şöhrətpərəstliyin 
hesabındaydı; 
mən 
tamaşaçıları 
ağılsız 
risklə 
heyrətləndirmək istəyirdim – qəribə duyğudu – açıq-aşkar 
xatırlayıram ki, məni qəfildən doğrudan da, hər hansı 
şöhrətpərəstlik nümayişi olmadan, dəhşətli risk ehtirası 
bürüdü. Ola bilsin, bu qədər hisslərdən keçəndən sonra ürək 
doymur, yalnız onlardan qəzəblənir, daha bir, həm də daha 
da güclü, lap əldən düşənə qədər hiss tələb eləyir. Həqiqətən 
goplamıram, əgər oyunun nizamnaməsi bir dəfəyə əlli min 
florin qoymağa icazə versəydi, yəqin ki, o pulu qoyardım. 
Dörd yanımda qışqırırdılar ki, bu ağılsızlıqdı, qırmızı artıq 
on dördüncü dəfədi çıxır!
– Monsieur o gagne deja cent mile florins
87
– 
böyrümdə kiminsə səsi gəldi. Qəfildən ayıldım. Necə? Mən 
87
Cənab artıq yüz min florin udub – frans.



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin