www.vivo-book.com
253
– Yaxşı, əlvida, ancaq mən Parisə getməyəcəyəm.
Mister Astley, indi bizim başımıza nə gələcəyi barədə
fikirləşin.
Bir sözlə, general… indi də miss Polinayla bu
macəra, – axı bu, bütün şəhərə yayılacaq.
– Hə, bütün şəhərə yayılacaq; generalsa, məncə, bu
barədə fikirləşmir, bu onun vecinə də deyil. Üstəlik də miss
Polina
harda istəsə, orda dayaşmaq hüququna malikdir. Bu
ailə barədəsə belə demək düzgündü ki, artıq bu cür ailə
möcud deyil.
Mən gedirdim, bu ingilisin Parisə
yollanacağımla bağlı qəribə əminliyinə də gülürdüm.
“Amma o məni dueldə öldürmək istəyir, – fikirləşirdim, –
mademoiselle Polinaya yazığım gəlirdi, amma qəribəydi –
dünən oyun masasına toxunduğum,
pul dəstlərini
götürdüyüm həmin dəqiqədən, elə bil, sevgim ikinci plana
keçmişdi.
Bunu indi deyirəm; amma onda hələ bütün
bunların hamısını aydın hiss eləmirdim. Doğrudanmı, mən
əsl oyunçuyam, doğrudanmı mən Polinanı həqiqətən… belə
qəribə tərzdə sevmişəm? Yox, onu indiyədək sevirəm, Allah
şahiddi! Ondasa mister Astleyin yanından çıxıb evə
gedəndəsə səmimi əzab çəkir, özümü günahlandırırdım”,