www.vivo-book.com
288
florin uduzdum. Amma bununla belə, Qamburqa köçdüm,
artıq bir aydı ki, burdayam…
Mən əlbəttə, daim həyəcan içərisində yaşayıram, lap az-
az oynayıram, nəsə gözləyirəm,
nəyəsə ümid eləyirəm,
günlərlə oyun masasının yanında dururam, oyuna göz
qoyuram, hətta yuxuda qumar görürəm.Amma bütün
bunlarla bərabər mənə elə gəlir ki,
elə bil quruyub, taxtaya
dönmüşəm, elə bil hansısa lehməyə batmışam. Bundan
mister Astleylə görüş zamanı aldığım təəssürat üzrə nəticə
çıxarıram. Biz elə
həmin vaxtdan görüşməmişdik, qəfildən
də rastlaşdıq; bax, bu belə oldu. Mən bağa gedirdim,
hesablayırdım ki, indi demək olar, pulsuzam,
amma əlli
quldenim var, – bundan başqa, hücrə tutduğum oteldə,
üçüncü gündən hesabı ödəyib tamam qurtardım. Beləliklə,
mənim indi yalnız bircə dəfə ruletkaya getmək imkanım
qalır, –
əgər heç olmasa, bir şey udsam, oyunu davam
etdirmək mümkün olacaq; əgər uduzsam –
indi müəllim
gərək olan ruslar tapmadığım təqdirdə yenə nökərçiliyə
getmək lazım gələcək. Bu fikirlə məşğul ola-ola, parkdan,
meşədən keçib, qonşu knyazlığa gündəlik gəzintimə getdim.