www.vivo-book.com
294
miss Polinanın zahiri vəziyyətilə, tək bircə indiki zahiri
vəziyyətilə maraqlanıram. Bunu iki sözlə demək olar.
– Buyurun, amma bu iki sözlə hər şey bitsin. Miss
Polina uzun müddət xəstəydi, o, indi də xəstədi. Bir müddət
o mənim anam və bacımla şimali İngiltərədə yaşadı. Yarım
il qabaq onun nənəciyəzi – həmin o, ağlıkəm qadın
yadınızdadı, – canını tapşırdı,
şəxsən ona yeddi min funt
miras qoydu. İndi miss Polina mənim ərə gedən bacımın
ailəsiylə səyahət edir. Onun kiçik qardaşı və bacısı da
nənəciyəzin vəsiyyətiylə səyahətdədi. Kiçik qardaşı və
bacısı da nənənin vəsiyyətiylə təmin olunublar. Londonda
oxuyurlar. Onun atalığı General bir ay qabaq Parisdə
iflicdən öldü. Mademoiselle Blanche onunla yaxşı
davranırdı, amma generalın nənəciyəzindən aldığının
hamısını öz adına keçirməyə macal tapmışdı… budur,
deyəsən, vəssalam.
– Bəs, De-Qriye? O da İsveçrədə səyahət eləmirmi?
– Yox, De-Qriye İsveçrədə
səyahət eləmir, mən onun
harda olduğunu bilmirəm,
bundan başqa, birdəfəlik sizə
xəbərdarlıq eləyirəm ki,
bu cür eyhamlardan, nanəcib