www.vivo-book.com
46
elə gəlir ki, beş dəqiqəyəcən vaxt ərzində əlimə dörd yüz
fridrixsdörə qədər pul gəldi. Elə buradaca aralanmalıydım,
amma içimdə hansısa qəribə duyğu yaranmışdı, taleyə
anlaşılmaz meydan oxuma, bir növ onu çimdikləmək, dilimi
göstərmək arzusu peyda olmuşdu. Mən icazə verilən ən
böyük məbləğ – dörd min qulden qoydum və uduzdum.
Sonra qızışıb olan-qalanımın hamısını çıxartdım, elə həmin
rəqəmə qoydum, yenə uduzdum, ardından gicəllənmiş kimi
masadan aralandım. Hətta mənə nə olduğunu belə başa
düşmürdüm, uduzmağım barədə Polina Aleksandrovnaya
nahardan azca qabaq elan elədim. O vaxta qədər elə hey
parkda vurnuxurdum.
Naharda eynilə üç gün bundan əvvəl olduğu kimi, yenə
həyəcanlı durumdaydım. Fransız m-lle Blanche bu dəfə də
bizimlə nahar edirdilər. Sən demə, m-lle Blanche səhər oyun
zallarındaymış, mənim qəhrəmanlığımı da görübmüş. Bu
dəfə o mənimlə nəsə diqqətlə söhbətləşirdi. Fransız birbaşa
və sadəcə, soruşdu ki, doğrudanmı mən öz pullarımı
uduzmuşam? Mənə elə gəlir ki, o, Polinadan şübhələnir. Bir
www.vivo-book.com
47
sözlə, burada nəsə var. Mən o saat yalan danışdım, dedim ki,
öz pullarımdı.
General hədsiz təəccüblənmişdi ki, mən bu qədər pulu
haradan almışam? İzah elədim: on fridrixsdördən başladım,
altı, yaxud yeddi zərbə, yarısını dalbadal vurdu, beş, yaxud
altı min quldenəcən qazandım, sonrasa hamısını iki zərbədən
buraxdım.
Bütün bunlar, əlbəttə, ağlasığmazıydı. İzah eləyə-eləyə
Polinaya baxdım, amma onun sifətindən heç nə ayırd edə
bilmədim. Bununla belə, o mənə yalan danışmağa imkan
verdi, sözümü çevirmədi; bundan belə nəticə çıxardım ki,
elə yalan danışmalıydım, onun üçün oynadığımı da
gizlətməliydim. Hər halda, özüm barədə fikirləşirdim, o
mənə izahat verməyə borcluydu, bir az bundan qabaq mənə
bəzi şeyləri açmağa söz vermişdi.
Fikirləşdim ki, general bəzi iradlar eləyəcək, amma o
susurdu; bununla belə onun sifətində həyəcan və rahatsızlıq
duydum. Bəlkə də belə qəfil bir vəziyyətdə on beş dəqiqə
ərzində mənim kimi öz xeyrini bilməyən axmağın əlindən
|