www.vivo-book.com
44
məhz nədən ötrü belə lazımdı və məhz nə qədər udmaq
lazımdı? Mən hər halda, bunun sadəcə puldan ötrü gərək
olduğunu təsəvvür eləyə bilmirdim. Burda, əlbəttə, pul
hansısa xüsusi məqsəd üçün belə tez lazımdı. O,
aydınlaşdırmağa söz verdi və mən yola düşdüm.
Oyun zallarında dəhşətli basırıq vardı. Onlar nə qədər
həyasız, necə də acgözdülər. Mən ortaya soxulub düz
nəzarətçinin yanında durdum; sonra iki və üç əsginaz qoya-
qoya cəsarətsizcəsinə oyunu sınaqdan keçirməyə başladım.
Bununla belə, müşahidə eləyə-eləyə sezirdim; mənə elə
gəldi ki, öz-özlüyündə hesablamaların az əhəmiyyəti var,
heç də bir çox oyunçuların verdikləri diqqətə layiq deyil.
Onlar qrafalara bölünmüş kağızlarla otururlar, zərbələri
qeyd eləyirlər, hesablayırlar, gələcək şansları üzə çıxarırlar,
güvənirlər, nəhayət, pul qoyurlar və nəhayətdə, elə bizim
kimi, hesabsız oynayan sadə adamlar kimi uduzurlar…
…Amma buna baxmayaraq, bir nəticə çıxartdım:
doğrudan da, təsadüfi şanslar müddətində heç sistem də
olmasa, bununla belə hansısa qayda var, – bu da əlbəttə, çox
qəribədi. Məsələn, olur ki, on iki orta rəqəmlərdən sonra on
www.vivo-book.com
45
iki axırıncı rəqəm gəlir; zərbə tutaq ki, iki dəfə bu son on iki
rəqəmin üzərinə düşüb, yenə on iki orta rəqəmə keçir,
dalbadal üç-dörd dəfə orta rəqəmləri vurur, yenidən son on
iki rəqəmin üzərinə adlayır, orda iki dəfədən sonra birinciyə
keçir, birincini bir dəfə vurur, təzədən orta rəqəmlərə üç
zərbəyə qayıdır – saat yarım, yaxud iki saat ərzində beləcə
davam eləyir. Bir, üç və iki; bir, üç və iki. Bu, çox
maraqlıdı. Bəzən gün, yaxud səhər belə keçir, məsələn,
qırmızı qarayla əvəz olunur və əksinə, demək olar, hər cür
qaydasız-filansız dəqiqəbaşı elə dəyişir, dalbadal iki, yaxud
üç zərbədən artıq qırmızının, ya da qaranın üzərinə düşmür.
Sonrakı günsə, yaxud sonrakı axşam dalbadal yalnız qırmızı
olur, məsələn, olur ki, iyirmi iki dəfədən artıq dalbadal o
çıxır, müəyyən vaxt ərzində, məsələn, bütöv gün ərzində
beləcə, dəyişmədən davam edir. Mənə bu barədə oyun
masalarının yanında bütün səhəri dayanan, amma özü bir
dəfə də pul qoymayan mister Astley çox şeylər izah elədi.
Mənə gələndəsə, çox tezliklə olanımın hamısını uduzdum.
Dərhal birbaşa cüt rəqəmə iyirmi fridrixsdör qoydum,
uddum və beləliklə, iki, yaxud üç dəfə yenə uddum. Mənə
|