www.vivo-book.com
81
cinayəti törədəndə, heç nəyi xatırlamırlarmış,
guya bu belə
bir xəstəlikdi. “Vurub, amma heç nə yadında deyil”.
Təsəvvür eləyin, general, təbabət onlara tərəf çıxır, –
doğrudan da, təsdiq eləyir ki, belə bir xəstəlik, bu cür
müvəqqəti ağıl qarışması olur.Həmin vaxtlarda insan demək
olar, heç nə xatırlamır, yaxud yarısını,
ya da dörddə birini
xatırlayır. Amma baronla baronessa – köhnə nəslin
adamlarıdı, üstəlik, pruss yunkeri və mülkədarlarıdı. Onlara,
ola bilər ki, hüquqi-tibbi aləmdəki bu tərəqqi hələ məlum
deyil, ona görə də mənim izahatlarımı qəbul eləməyəcəklər.
Siz
necə fikirləşirsiniz, general?
– Bəsdi, cənab! – general kəskin və ciddi tərzdə,
hiddətlə dilləndi, – bəsdi! Mən özümü birdəfəlik sizin
məktəblisayaq hərəkətlərinizdən qurtarmağa çalışıram. Siz
baronun və baronessanın qarşısında üzr istəməyəcəksiniz.
Sizinlə
hər cür əlaqə, hətta üzr istəmək barəsində yeganə
xahişiniz olsa da, onlardan ötrü həddən artıq təhqiramiz
görünəcək. Baron sizin mənim ev adamım olduğunuzu
öyrənib.Elə vağzaldaca məndən izahat istəyirdi.Etiraf edim
ki,
bir az da keçsəydi, tələbinin yerinə yetirilməsini