Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə55/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   51   52   53   54   55   56   57   58   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
111 
Beləliklə, mənim əhvalatım qurtardı. Bir dəfə eyniylə knyaz 
kimi qraf da yox oldu; mademoiselle Zelma axşam 
oynamağa tək gəldi; bu dəfə heç kəs ona əlini təklif eləmədi. 
İki gün ərzində o, tamam-kamal uduzdu. Axırıncı luidorunu 
uduzub ətrafına baxdı, yanında diqqətlə, qeyzlə onu 
nəzərdən keçirən baron Vurmerhelmi gördü. Lakin 
mademoiselle Zelma hiddəti sezmədi, barona məlum 
təbəssümlə müraciət eləyib ondan qırmızıya on luidor 
qoymağı xahiş etdi. Nəticədə baronessanın şikayəti əsasında 
axşam bir daha vağzalda görünməmək barədə təklif aldı. 
Əgər mənə bu xırda, xoşagəlməz təfərrüatların məlum 
olmasından təəccüblənirsinizsə, bütün bunları elə həmin 
axşam 
mademoiselle 
Zelmanı 
öz 
faytonunda 
Ruletenburqdan Spaya aparan bir qohumumdan, mister 
Fiderdən eşitmişəm. Başa düşün, mademoiselle Blanche 
general arvadı olmaq istəyir, yəqin ona görə ki, kapitalı var, 
həmin kapitalı burdakı oyunçulara faizlə borc verir. Belə 
daha sərfəlidi. Hətta şübhələnirəm ki, bədbəxt general da 
ona borcludu. Ola bilər, De-Qriye də borcludu. Bəlkə də De-
Qriye onunla əlbirdi. Razılaşın ki, ən azı toya qədər o, 


www.vivo-book.com 
112 
baronun və baronessanın diqqətini özünə cəlb eləmək 
istəməzdi. Bir sözlə, hazırda qalmaqal ona sərfəli deyil. Siz 
onların eviylə bağlısınız; sizin hərəkətləriniz qalmaqala 
səbəb ola bilər, xüsusən ona görə ki, o, hər gün camaat 
arasında generalla, ya da miss Polinayla qol-qola görünür. 
İndi başa düşürsünüzmü? 
– Yox, başa düşmürəm! – var gücümlə əlimi masaya 
çırpıb elə qışqırdım ki, qarson qorxu içində qaçıb gəldi. 
– Deyin, mister Astley, – hiddət içində təkrar elədim. – 
Əgər siz bu tarixçəni bilirdinizsə, mademoiselle Blanche de 
Cominges-i tanıyırdınızsa, onda heç olmasa, məni xəbərdar 
eləməliydiniz. Məgər siz generalın özünü, vağzalda 
camaatın içində mademoiselle Blancheylə qol-qola gəzən 
miss Polinanı xəbərdar eləməmisiniz? Belə iş olar? 
– Sizə deməyə ehtiyac yox idi, ona görə ki, heç nə eləyə 
bilməzdiniz, – mister Astley sakitcə cavab verdi. – Bir də nə 
deyəydim ki? General bəlkə də mademoiselle Blanche 
haqqında məndən daha çox bilir, fəqət onunla və miss 
Polinayla qol-qola gəzir. General bədbəxt adamdı. Dünən 
mademoiselle Blanche-nin monsieur De-Qriyeylə, o balaca 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin