www.vivo-book.com
114
–
Siz unudursunuz ki, bu mademoiselle Cominges
generalın nişanlısıdı, ikincisi isə miss Polinanın – generalın
qızlığının balaca qardaş-bacısı da var.
Onlar həm də
generalın – bu tamamilə dəli adamın atdığı, üstəlik, deyəsən
qarət elədiyi uşaqlarıdılar.
– Hə, hə! Bu belədi! Uşaqları buraxıb getmək – deməli,
onları tamamilə atmaq, qalmaq – deməli, onların maraqlarını
qorumaq, bəlkə də elə mülk parçasını xilas eləmək. Hə, hə,
bütün bunlar həqiqətdi! Amma hər halda, hər halda! Eh,
başa düşürəm, niyə onların hamısı
nənəciyəzlə belə
maraqlanırlar!
– Kim barədə? – mister Astley soruşdu.
– Ölməyi haqqında teleqram gözlədikləri Moskvadakı
o qara ifritə haqqında.
– Şübhəsiz, bütün maraqlar onda birləşib.
Məsələ
mirasdadı! Miras peyda olacaq və general evlənəcək; miss
Polina
da sərbəst olacaq, De-Qriyesə…
– Hə, bəs De-Qriye…
– De-Qriyeyəsə pul ödənəcək; o yalnız buna görə burda
yaşayır.