www.vivo-book.com
192
– Hə, belə çıxır, sən mənim ölümümə ümid eləyirsən? –
nənə generala bağırdı.
– Çıx get! Onların hamısını qovla, Aleksey İvanoviç!
Sizin nə işinizə? Mən
özümünkünü havaya sovurmuşam,
sizinkini yox!
General çiyinlərini çəkdi, belini əyib çıxdı. De-Qriye
onun ardınca getdi.
– Praskovyanı çağırın! – nənə Marfaya tapşırdı.
Beş dəqiqədən sonra Marfa Polina ilə geri döndü.
Bütün müddət ərzində Polina uşaqlarla öz otağında
oturmuşdu, elə bil, qəsdən bütün günü bayıra çıxmamağı
qərara almışdı. Onun sifəti ciddi, qəmli və qayğılıydı.
– Praskovya, – nənə sözə başladı, –mən bayaq
başqalarından eşitdim ki, guya sənin bu axmaq atalığın, bu
kütbeyin dəmdəməki fransızcığazla – aktrisadımı, nədi,
yoxsa ondan da pisdi – evlənmək istəyir?
De görüm,
düzdümü?
– Bu barədə dəqiq bir şey bilmirəm, nənəcan, – Polina
cavab verdi, – ancaq gizlətməyi lazım bilməyən