www.vivo-book.com
188
– Yaxşı, getdin, getdin, hamısını cəfəng danışırsan! –
“Madame, madame”, – özününsə, bir şeydən başı çıxmır;
getdin!
– Mais, madame, – De-Qriye cüggüldədi və təzədən
izah eləməyə, göstərməyə başladı. Deyəsən, çox yaxşı başa
düşürdü.
– Yaxşı, indi ki, deyir, qoy, – nənə mənə əmr elədi, –
görək: bəlkə doğrudan da, çıxacaq.
De-Qriye yalnız onu böyük məbləğlərdən yayındırmaq
istəyirdi: o, rəqəmlərə bir-bir və birlikdə qoymağı
təklif
eləyirdi. Mən onun göstərişiylə ilk onikilikdə bir sıra tək
rəqəmlərə, on səkkizdən iyirmi dördədək olan rəqəmlər
qrupunun hərəsinə beş fridrixsdör qoydum: cəmi on altı
fridrixsdör qoyduq.
Çarx fırlandı. “Zero!” – nəzarətçi qışqırdı. Biz hamısını
uduzduq.
– Bu qanmaza bax! – nənə üzünü De-Qriyeyə tutub
çığırdı, – bu murdar fransızciyəzə bax! Axı, mənə yırtıcı
məsləhət görür! Getdin, getdin burdan! Başı
girməyən yerə
bədənini soxur!