www.vivo-book.com
203
qədər doğmadılar ki, tüstüyə çevrilib uçması üçün ona hətta
yeni nəyləsə toxunmağa qorxuram!
Bütün bunlar mənə belə doğmadılarmı? Hə, əlbəttə,
doğmadılar; bəlkə qırx ildən sonra da xatırlayacağam…
Beləliklə, yazmağa başlayıram. Bununla belə, bunların
hamısını indi qismən, mümkün qədər qısa danışacağam:
təəssüratlar
heç
də
əvvəlki
deyil…
* * *
Birinci, nənəylə haqq-hesabı qurtarmaq üçün.
Sonrakı gün o, hər şeyi tamam-kamal uduzdu. Elə belə
də olmalıydı: belələrindən kim bircə dəfə bu yola düşürsə, o,
elə bil, qarlı dağdan xizəklə sürüşür, get-gedə daha sürətlə
şütüyür. Nənə bütün günü axşam saat səkkizəcən oynadı;
mən onun yanında olmamışam, yalnız söylənilənlərdən
bilirəm.
Potapıç onun yanında, vağzalda bütün günü növbə
çəkdi. Nənəyə rəhbərlik eləyən polyakcığazı həmin gün bir
neçə dəfə dəyişdilər. Qarı ondan başladı ki, saçından
dartdığı dünənki polyakcığazı qovub başqasını götürdü,
amma o biri demək olar, daha pis oldu. Bunu qovub, çıxıb
www.vivo-book.com
204
getməyən, bütün bu sürgün müddətində elə burdaca, nənənin
kreslosunun arxasında sıxılıb duran, hər dəqiqə başını ona
doğru uzadan birincini götürdü, – qarı, nəhayət, əməlli-başlı
ümidsizliyə qapıldı. Qovulmuş ikinci polyakcığaz da heç cür
çıxıb getmək istəmirdi; biri sağ tərəfində yerləşmişdi, o biri
sol tərəfində. Elə hey banka və gedişlərə görə bir-biriylə
mübahisə eləyir, söyüşürdülər, bir-birinə “laydak” və digər
polyak komplimentləri yağdırırdılar, sonra yenə barışırdılar,
hər cür qaydasız-filansız pul atırdılar, əbəs yerə göstəriş
verirdilər. Dalaşa-dalaşa hərəsi öz tərəfindən atırdı, biri,
məsələn, qırmızıya qoyanda, o biri də dərhal qaraya
qoyurdu. Axırda onlar nənəni tamamilə dolaşdırıb əldən
saldılar, nəhayət, o, az qala, ağlaya-ağlaya qoca nəzarətçiyə
onu müdafiə eləmək, polyakları qovmaq xahişini bildirdi.
Qışqırıqlarına, etirazlarına baxmayaraq, onları, doğrudan da,
dərhal qovdular: ikisi də bir ağızdan qışqırır, sübut
eləyirdilər ki, nənə hələ onlara borcludu, onları nədəsə
aldadıb, onlarla yaramaz hərəkət eləyib. Bədbəxt Potapıç
bütün bunları mənə elə həmin axşam, uduzandan sonra göz
yaşlarıyla danışırdı, şikayətlənirdi ki, polyaklar öz ciblərini
|