www.vivo-book.com
200
dəyişdiyinizin hamısını. Biz onu – ananı
bura gətirdik,
yalnız su içmək istədi, xaç çəkdi və yatağa girdi. Əldən
düşmüşdümü, nədi, o dəqiqə yuxuya getdi, Allah ona mələk
yuxusu versin! Oh, bu da məndən ötrü xaric olub! – Potapıç
sözünə
yekun vurdu, – deyirdi ki, xeyirliyə deyil. Bircə öz
Moskvamıza tezcə getsəydik!
Nəyimiz olmasa da,
Moskvada evimiz yoxdumu? Bağ, güllər – elələri burda da
yoxdu, ətir, almalar yetişirlər, genişlik, – yox: xaricə getmək
lazımıydı. O-ho-ho!!!
XIII FƏSİL
Budur, artıq demək olar, bir ay keçmişdi ki, pərakəndə
də olsa, güclü təəssüratlarımın təsiri altında başladığım bu
qeydlərimə
əl vurmurdum. O vaxt yaxınlaşdığını
qabaqcadan hiss elədiyim fəlakət, doğrudan da, baş