www.vivo-book.com
202
(oh, alman şəhərciyəzləri necə ölgündülər!), sonrakı
addımımı götür-qoy eləmək əvəzinə təzə-tər xatirələrin təsiri
altında, onda məni caynağına keçirən burulğanın, yenə
harasa atan bir an əvvəlki qasırğanın təsiri altında
yaşayıram. Mənə bəzən elə gəlir ki, yenə də həmin
qasırğanın içində fırlanıram,
lap indicə yenə həmin tufan
özünü yetirəcək, böyrümdən keçəndə məni qanadına
götürəcək, mən yenə ölçü qaydasını və hissini itirəcəyəm,
fırlanacağam, fırlanacağam…
Bununla belə, ola bilsin ki, mən bu ay ərzində baş verən
hər şey barədə dəqiq hesabat versəm,
həm birtəhər özümə
gələcəyəm, həm də fırlanmağımı dayandıracağam. Yenidən
yazmaq istəyirəm; həm də bəzən axşamlar tamam bekarçılıq
olur. Qəribədi, heç olmasa,
nəyləsə məşğul olmaq üçün
burdakı yaramaz kitabxanadan oxumaqdan ötrü Pol de
Kokun, demək olar, zəhləm gedən romanlarını (almancaya
tərcümədə) götürürəm, amma onları oxuyuram, özümə
təəccüblənirəm: elə bil ciddi kitabla, yaxud ciddi
məşğuliyyətlə bir az əvvəlki keçmişin cazibəsini dağıtmağa
çalışıram. Bu iyrənc yuxu, ondan qalan bütün təəssüratlar o