www.vivo-book.com
183
Amma bağdan xiyabana burulan döngədə qabağımıza
bütün dəstəmiz çıxdı: general, De-Qriye və anasıyla m-lle
Blanche. Polina Aleksandrovna onların yanında deyildi,
mister Astley də yox idi.
– Yaxşı, yaxşı, dayanmayın! – nənə qışqırdı, – hə, sizə
nə lazımdı belə? Sizlik vaxtım yoxdu!
Mən arxada gedirdim; De-Qriye yanıma sıçradı.
– Bütün bayaqkını uduzdu, özünün on iki min quldenini
də batırdı. Beşfaizli istiqrazı xırdalamağa gedirik, – tələsik
ona pıçıldadım. De-Qriye ayağını yerə döyüb generala xəbər
verməyə atıldı. Biz nənəni itələməkdə davam eləyirdik.
– Saxlayın, saxlayın, – general ağlını itirmiş halda
pıçıldadı.
– Onu dayandırmağa bir cəhd elə görüm, – ona
pıçıldadım.
– Xalacan, – general yaxınlaşdı, – xalacan… biz indi…
biz indi… – onun səsi titrəyir, zəifləyirdi, – atları götürüb
şəhər kənarına gedirik… Heyrətamiz mənzərə… puant… biz
sizi dəvət eləməyə gəlirdik.
www.vivo-book.com
184
– Cəhənnəm olsun sənin Puantın! – nənə hiddətlə onu
başından elədi.
– Orda kənd var… orda çay içəcəyik… – general artıq
tam ümidsizliklə davam eləyirdi.
– Nons boirons du lait, sur e’herbe fraiche
77
– De-
Qriye vəhşi qəzəblə əlavə elədi. Du lait, de e’herbe fraiche –
ideal dərəcədə dinc olan Paris burjuasının olan-qalanı budu;
məlum olduğu kimi, onun “təbiətə və həqiqətə!” baxışı
bundadı.
–Özün hortuldat, mənim süddən qarnım ağrıyır. Bir də,
niyə əl çəkmirsiniz?!– nənə qışqırdı, – deyirəm, vaxtım
yoxdu!
– Gəlib çatdıq, nənə, – qışqırdım, – buradı! – Kreslonu
bankirin kontoru yerləşən evə sürdük. Mən istiqrazı
dəyişməyə getdim; nənə girişdə gözlədi; De-Qriye, general
və Blanche neyləyəcəklərini bilmədən bir kənarda
durmuşdular. Nənə qəzəblə onlara baxırdı, gələnlər də yolla
77
Təzə-tər otların üstündə süd içəcəyik – frans.
|