www.vivo-book.com
178
– Hə, siz niyə dalımca düşmüsünüz?
Hər dəfə sizi
özümlə aparmayacağam ki! Tərpənin burdan, birbaş evə!
Mənim elə sən də bəsimsən, – onlar tələsik baş əyib evə sarı
götürüləndə qarı mənə müraciətlə əlavə elədi.
Artıq nənəni vağzalda gözləyirdilər. Elə o dəqiqə onu
düz nəzarətçinin yanındakı həmin yerə apardılar.
Mənə elə
gəlir, bu həmişə belə nəzakətli, özlərini adi məmur sayan
nəzarətçilərə
demək olar, hər şeyin qəti dəxli yoxdu: bank
udacaq, yoxsa uduzacaq, – heç də bankın uduzmasına
etinasız deyillər, əlbəttə ki, oyunçuların cəlb edilməsi, bərk
maraqlarına daha güclü nəzarət üçün bəzi məlumatlarla
təchiz
olunublar, – buna görə mütləq özləri də priz və
mükafat alırlar. Ən azı nənəyə artıq qurban kimi baxırdılar.
Sonra bizimkilər nə güman etmişdilər, o da baş verdi.
Məsələ bax, belə oldu. Nənə
birbaşa zero-nun üstünə
atıldı, o dəqiqə də on iki fridrixsdör qoymağı tapşırdı. Bir,
iki, üç dəfə qoyduq – zero çıxmırdı. “Qoy, qoy!” – nənə
səbirsizliklə məni itələyirdi. Mən əməl eləyirdim.
– Neçə dəfə qoyduq? – nəhayət o, səbirsizlikdən
dişlərini qıcırdada-qıcırdada soruşdu.