www.vivo-book.com
174
m-lle Blanche-yə baxdı.) Aleksey İvanoviç, xilas eləyin, bizi
xilas eləyin!..
– Axı, nəylə, general, deyin, nəylə xilas eləyə
bilərəm… Mən burda kiməm ki?
– İmtina eləyin, imtina eləyin, onu atın!..
– Onda başqası tapılacaq! – qışqırdım.
– Ce n’est pas ça ce n’est pas ça, – De-Qriye təzədən
sözümü kəsdi, – que diable! Yox, atmayın,
amma heç
olmasa, vicdanını oyadın, dilə tutun, başını qatın… Hə,
nəhayət, ona həddən artıq uduzmağa imkan verməyin,
birtəhər başını qatın.
– Bunu necə eləyə bilərəm?
Əgər siz özünüz bunu
eləsəydiniz, – monsieur m-lle Blanche-nin De-Qriyeyə cəld,
odlu, sualedici nəzərini hiss elədim. De-Qriyenin özünün
sifətindəsə, nəsə xüsusi, nəsə açıq-aşkar
bir şey görünürdü,
o, bundan özünü saxlaya bilmədi.
– Elə məsələ də burasındadır ki, o, indi məni qəbul
eləməz! – De-Qriye əlini yelləyib qışqırdı. – Əgər…
sonra… De-Qriye m-lle Blanche-yə cəld, mənalı
nəzər
saldı.