1912-ci ilin sentyabr-oktyabr aylarında, ölkədə inqilabi yüksəliş dövründə IV Dövlət Dumasına seçkilər keçirildi. Gərgin mübarizədən sonra azərbaycanlı əhali üçün ayrılmış yeganə yerə kadet partiyasının üzvü, hüquqşünas Məmməd Yusif Cəfərov deputat seçildi. 1913-cü ilin iyulunda Bakıda tətil hərəkatı xeyli genişlənərək iyulun 25-də ümumi tətilə çevrildi. 1914-cü il iyunun əvvəlində artıq 40 min fəhlə tətilə qoşulmuşdu. Yeni inqilabi yüksəliş illərində Azərbaycanda milli azadlıq hərəkatı da xeyli genişlənmişdi.
Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəssisələrin
meydana çıxması, doğma dildə qəzet və jurnalların nəşri və s. xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclənməsinə, milli azadlıq hərəkatının genişlənməsinə səbəb olurdu.
Azərbaycan burjuaziyası Rusiyanın hakim sinifləri ilə bərabər hüquqlar,müxtəlif məhdudiyyətlərin ləğv olunmasını, ana dilində ibtidai təhsilin hər yerdə həyata keçirilməsini, Zemstvo sistemi yaradılması və şəhər özünüidarəsində islahat keçirilməsi qanunu verilməsini və s. tələb edirdi. İri torpaq sahibləri-bəylər də öz sinfi hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan
burjuaziyasının milli azadlıq ideyaları “Yeni füyuzat”, “Şəlalə” jurnallarında, “İqbal”, “Günəş”, “Yeni Həyat” və b. qəzetlərdə geniş təbdiğ olunurdu. M.Ə.Rəsulzadənin, Q.R.Şərifzadənin, A.K.Kazımzadənin və b. 1911-ci ilin sonunda təsis etdiyi müsəlman demokrat partiyası “Müsavat” yaranandan sonra burjuaziyanı öz ətrafında cəmləşdirmiş bu partiyanın başçılığı altında milli azadlıq hərəkatını istiqamətləndirməyə səy göstərirdi. Bu istiqamətdə “Molla
Nəsrəddin” jurnalı və onun naşirləri C.Məmmədquluzadə, M.S.Ordubadi, N.B.Vəzirov, Ə.Haqverdiyev, Ə.Rəhimzadə, F.Köçərli, həmçinin M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b. mühüm rol oynayırdılar, demokratik ziyalı nümayəndələrindən Q.Mina sazovu, Ə.Sultanovu, R.Məlikovu və b. qeyd etmək olar. Q.Minasazov yazırdı ki, “Rus bürokratiyası həmişə müsəlman kütlələrinin əsarətdə olmasını rus dövlətinin məqsədləri üçün sərfəli hesab etmişdir”.