hesaba alınır. Fərdi anbarlara malik olan firma və şirkətlər bu anbarları bağlanmış
müqavilələr əsasında uzunmüddətli icarəyə də verə bilmək hüququna malikdirlər.
Müqavilə müddəti ərzində icarəçi anbar sahibinə əvvəlcədən razılaşdırılmış tariflər
üzrə icarə haqqı ödəyir. Xüsusi anbarlarda hansı məhsulların saxlanılması, saxlanma
prosesinin təşkili, anbarın texniki imkanlarının artırılması, əl əməyinə qənaət
edilməsi, anbar xərclərinin azaldılması və s. xarakterli
problemləri firma və
müəssisələr müstəqil və azad həll edirlər. Bu tip anbarlarda sistematik olaraq böyük
həcmdə məhsullar emal olunur.
Dövlət anbarlarını praktikada ümumi istifadədə olan anbarlar kimi də qəbul
edirlər.
Bu anbarlar dövlət mülkiyyəti statusunu qoruyub saxlayan müəssisə və
təşkilatların anbarları hesab olunur və bu anbarlarda dövlət və xüsusi sifarişlər üçün
məhsullar saxlanılır. Dövlət anbarları da başqa təşkilatlara müəyyən müddətə
istifadəyə verilir, məhsulların saxlanılması üçün tarif və ya razılaşdırılmış müqavilə
qiymətləri üzrə icarə haqları alınır. Nəqliyyat təşkilatları, gömrük orqanları, səhm
nəzarət paketi xüsusən dövlətə məxsus olan ayrı - ayrı
səhmdar cəmiyyətlərin
anbarları əsasən dövlət anbarları adlanır. Ümumi istifadə anbarları öz müştərilərinin
sifarişləri (bəzi hallarda zəruriyyət yaranır) əsasında məhsul partiyasını dəstləşdirir
(əvvəlcədən çeşidlərə ayırmadan, yenidən işləmədən, emal etmədən) və təyinat
məntəqələrinə göndərir. Mahiyyət baxımından bu tip anbarlar istehsal və ticarət -
vasitəçi strukturlar üçün məhsulların saxlanılmasında
əlavə zona, sahə rolunu
oynayır.
Funksional təyinatına görə anbarları aşağıdakı kimi fərqləndirirlər:
➢
istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün bufer ehtiyatları anbarı;
➢
qarışıq, kombinələşdirilmiş, intermodal və sair daşımaları
yerinə yetirən
zaman nəqliyyat şəbəkələrində yüklərin ötürülməsi məqsədinə xidmət edən anbarlar
- terminallar;
➢
alıcıların spesifik tələblərinə müvafiq olaraq sifarişlərin formalaşması üçün
təyin edilən komission anbarlar;
➢
anbarlaşdırılan məmulatların mühafizəsini təmin edən saxlama anbarları;
➢
xüsusi anbarlar (məsələn, gömrük anbarları, müvəqqəti saxlama anbarları,
taralar, istifadə məqsədilə geri qaytarılan tullantılar və s.)
Nəqliyyat şəbəkələrində yüklərin bir nəqliyyat növündən digərinə (məsələn,
dəmir yolu nəqliyyatından avtomobil nəqliyyatına və ya əksinə) ötürülməsi -
yüklənməsi üçün və məhsulların qısamüddətli saxlanılması üçün istifadə edilən
anbarları tranzit anbarları da adlandırırlar. Tranzit anbarları məhsullar və ya məhsul
qrupları üzərində əlavə texnoloji əməliyyatlar aparmır və onların
qəbul edilən
formada göndərilməsini həyata keçirir. Belə tip anbarlar əsasən dəmir yolu
stansiyalarında, su körpülərində, port və ya limanların yaxınlığında təşkil edilir. Bu
anbarlardan istifadənin məqsədi məhsul alan təşkilatların dəmir yolu və yaxud su
magistrallarından uzaqda yerləşməsindən və məhsulların ən qısa vaxtda qəbul edilib
konkret ünvanlara göndərilməsindən ibarətdir. Praktiki təcrübə sübut edir ki, tranzit
anbarlarının topdan ticarət şəbəkələrində yaradılması
iqtisadi cəhətdən daha
əlverişlidir. Çünki, pərakəndə ticarətlə məşğul olan firma və müəssisələrdən fərqli
olaraq topdan ticrət təşkilatları iri partiyalarla məhsul alıb göndərmək və ya onları
qısa müddətdə istehlakçı sifarişlərinə müvafiq formada kiçik partiyalara ayırmaq
imkanlarına malikdir.
Anbarları xarakterizə edən ən mühüm əlamət - məhsulların və çeşidin
ixtisaslaşması dərəcəsindən, habelə ən mühüm anbar əməliyyatlarının xarakterindən
ibarətdir. İxtisaslaş-dırılmış anbarlar bir və ya bir neçə məhsul qrupları üzrə
məhdudlaşdırıldığına görə dar ixtisaslaşdırılmış, ixtisaslaşdırılmış və geniş çeşidli
ixtisaslaşdırılmış anbarlara ayrılır.
Dostları ilə paylaş: