S. Ə. Şirvani maarifçi şair kimi



Yüklə 25,77 Kb.
səhifə4/4
tarix02.05.2022
ölçüsü25,77 Kb.
#56808
1   2   3   4
S.E.Sirvani

Satiraları.  Ədəbiyyat tariximizdə Seyid Əzim qüdrətli satirik kimi də məşhurdur. O. satiralarında xalqı istismar edən mülkədar və bəyləri, rüşvətxorçar məmurlarını, ikiüzlü  ruhaniləri cəsarətlə ifşa etmişdir. “Alimləri məzəmmət edən cahillərə”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim” , “Münəccimlər yalançıdırlar”  və s. satiralarında tənqid hədəfləri xalqı “qurd kimi soyan” xan, bəy, çar məmuru, rəis, qazi, məhkəmə üzvləri, yalançı ruhanilərdir. “Şirvanın təzə bəyləri haqqında” satirasında  çar məmurlarının cəmiyyətdə baş alıb gedən rüşvətxorluğu,  polis məmurlarının özbaşınalığı, şikayətçiləri soyan, harınlamış vəkillərin acgözlüyü tənqid edilir.

Advoqatlar demə, bu xəlq ilə manəndi-yağı,

Başı Fondilki, Haput orta, Ağacan ayağı,

Soydular ərzəçinin qalmadı cismində yağı,

Yazıq Abdulla bəyin həm uduzuldu boyağı,

Həm özün soydu lotu, gör necə üryan elədi...

Şair satirada xalqı qurd kimi soyan, günahsız insanları qaçaq  salan , dustaq edən pristavı, kazakı, onların köməkçilərini kəskin tənqid atəşinə tutur, çar hakim dairələrinin iç üzünü açır.

Nə pristav, nə köməkçi, nə kvartal, nə kazak,

Hamısı qurd kimi soymaqlığa xəlqi ki, qoçaq,

Məsləhətçin eləyiblər neçə əşxası qaçaq,

Neçə kəs var ki, nahəqdən olubdur dustaq,

Kimi öldürdü görək, hansı sinib qan elədi?

Klassik şeirin qayda-qanunlarını dərindən bilən S.Ə. Şirvani nəzm əsərlərini  əruz vəznində yazmışdır. Satirik əsərlərində  xalq danışıq dilindən bəhrələnmiş, “qurunun oduna yaş da yanar”, “bir əldən əsda çıxmaz” kimi atalar sözlərindən istifadə etmişdir.

Seyid Əzim Şirvaninin XIX əsrdə məktəb, elm, maarif, mədəniyyət və təhsillə bağlı söylədiyi fikirlərin çoxu bu gün də öz aktuallığını saxlamaqdadır. Şairin maarifçilik ovqatında yazdığı əxlaqi-didaktik şeirləri gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə olunmasına həmişə faydalı təsir göstərib. Buna görə də klassik sənətkarımızın zəngin ədəbi-bədii irsi müstəqil Azərbaycanda çağdaş dövrün tələbləri baxımından daha dərindən araşdırılmağa və öyrənilməyə layiqdir.



Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatı tarixində görkəmli bir yeri var. O, coşğun lirik əsərlərilə Füzuli ədəbi məktəbinin istedadlı nümayəndəsi, dövrün ictimai bəlaları əleyhinə çevrilən tənqidi şeirlərilə isə qüvvətli bir satirik kimi tanınıb. Seyid Əzim XIX əsr Azərbaycan ədəbiyyatı xəzinəsinə ən zəngin ədəbi irs qoyub gedib. Bu şairin xalqımız arasındakı şöhrət və nüfuzu bu günə qədər davam etməkdədir. Onun dərin təsir oyadan lirik şeirləri millətimizin dilindən düşmür. Şairin xalq arasında böyük şöhrət və nüfuz qazanmasının səbəbi, heç şübhəsiz, şeirlərinin xalq həyatından doğmuş olması və yüksək bədii keyfiyyətə malik olması ilə əlaqədardır. Qüdrətli şairin lirik şeirləri insan gəlbini ifadə etdiyi kimi, geriliyi qamçılayan güclü satiraları da “xalqın nöqteyi-nəzərini” ifadə etməkdədir. Azərbaycan şeirinin realist istiqamət üzrə inkişafında Seyid Əzim Şirvaninin böyük rolu olub. Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyun ayının 1-də Şamaxıda vəfat edib.
Yüklə 25,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin