Yaradıcılığı haqqında. Lirik şeirləri. S.Ə.Şirvani lirik şeirin, qəzəlin böyük ustadıdır. Qəzəllərinin başlıca mövzusu saf, insanı ucaldan, kamlləşdirən məhəbbətdir. Məhəbbət mövzusunda qəzəllərin qəhrəmanları ülvi hiss və duyğularla yaşayan, zahiri və daxili gözəlliyi bir-birini tamamlayan aşiq və məşuqdur. Aşiq öz sevgilisinin vüsalına qovuşmaq üçün fədakarlıq göstərir, məhəbbətin cəfasına dözümlüdür, arzusuna çatacağına ümidini üzmür, gələcəyə nikbin nəzərlərlə baxır. Məşuq da mənəvi keyfiyyətləri, əhdə vəfalı olması ilə diqqəti cəlb edən gözəldir. Aşiqi heyran edən onun zahiri gözəlliyi ilə yanaşı, mənəvi keyfiyyətləridir. Sevgilisinin verdiyi əzablar daim dərd içində olan aşiqdə təzadlı hislər oyadır, həm canını alır, həm də ona həyat bəxş edir.
Gözəllik vurğunu olan şair təsvir etdiyi gözələ təbiətin yaratdığı incə xilqət kimi yanaşır, qadına xas olan ən yaxşı cəhətləri özündə cəmləşdirməsinə heyranlığını bildirir:
Sən hurimisən, yoxsa pəri, ya ki mələksən,
Yox, səhv elədim kim, bular olmaz bəşər.
Məhəbbət mövzusunda yazılmış “Olmasaydı qəmi-eşqin dili viranımda” qəzəlinin qəhrəmanı da dərdli aşiqdir. Onun üçün məşuqənin verdiyi əzab, qəm də əzizdir. Sevgilisini, eşqini bir an da olsa, unutmamağa qoymayan qəmi qəlbində izzətlə gəzdirir:
Olmasaydı qəmi-eşqin dili –viranımda,
Saxlamazdım onu bu izzət ilə yanımda.
Gənc aşiq qısqancdır, sevgilisinin soyuq rəftarı, cövrü cəfası onu dərd çəkməyə, şikayətlənməyə sövq edir:
Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,
Bu nə rəftardır ol sərvi-xuramanımda.
Şair qəzəllərində mənalı təzadlardan istifadə aşiqin keçirdiyi hislər barədə dolğun təsəvvür yaratmağa imkan verir:
Xalın qəradı, zülf qəra, gözlərin qəra,
Bir ağ gün görərmi olan mübtəla sana?
Lirik qəhrəmanı belinin hicrandan bükülmısini, könül evinin bərbad olmasını , ağlamaqdan gözlərinin zəifləməsini zəmanınin əzab-əziyyətləri ilə bağlayır:
Zəmanə qoymadı məni bir dəm nifarım ilə
Ki, xoş keçə günüm ol sərvi-gülzarım ilə.
Şairin nəcib, saf, insanı kamilləşdirən ali bir hiss olan məhəbbəti tərənnüm edən qəzəllərlə yanaşı, tərkidünyalığa, mənəvi əsarətə , köləliyə qarşı çıxan, oxucunu həyatdan faydalanmağa səsləyən qəzəlləri də vardır.
S.Ə.Şirvaninin əsərlərində Vətənə məhəbbət, doğma yurda, soykökünə bağlılıq hissi mühüm yer tutur. Şair doğulduğu torpaqdan – Azərbaycanın dilbər guşələrindən olan Şamaxıdan qürurla söz açır, onun gözəlliyini digər şəhərlərlə müqayisə edir, qədim mədəniyyət mərkəzi olduğunu, görkəmli şəxsiyyətlər yetişdirdiyini fərəhlə qeyd edir:
...Hansı Şirvan, O gülsitani-qədim –
Konda Şirvanşəhilər oldu müqim.
Nə Şəmaxi ki, onda İzzəddin
Nəzmdən zahir etdi sehri-mübin.
Məsqətür-rəsi-paki-Xaqani,
Hünərin Zülfüqari-bürrani.
Ə
Dostları ilə paylaş: |