Tibb Universitetinin
Tələbə Gənclər
Təşkilatının nəzdində
«First klub»un açılışı
olub. Tədbirdə təşkilatın
sədri Tural Əzizov ATU-
nun Tələbə Gənclər
Təşkilatının fəaliyyəti
haqqında ətraflı məlumat
verib
.
Daha sonra “First klub”un sədri
Məhəmməd Məmmədov klubun
yaradılmasının məqsədi, nəzərdə
tutulan işlər, gələcək planları
barədə çıxış edib. Tələbə Gənclər
Təşkilatının nəzdindəki “Sağlam
Həyat” mərkəzinin rəhbəri Tür-
kan Nəsibova da mövzunu davam
etdirərək yeni klubun tələbələrə
verəcəyi imkanlardan söz açıb.
Qeyd olunub ki, Azərbaycan Tibb
Universitetinin Tələbə Gənclər
Təşkilatı nəzdində fəaliyyətə
başlamış “First klub” tələbələrin
universitetin ictimai həyatında
fəallığını artırmaq, asudə vaxtları-
nın səmərəli təşkili, habelə qruplar
və fakültələr arasında sıx əlaqələr
yaratmaq məqsədi ilə təsis edil-
mişdir.
Klubun başlıca yaradılma
səbəbi Azərbaycan Tibb Univer-
siteti tələbələrinin gərgin dərs
günündən sonra tələbəlik həyatını
maraqlı keçirməsi üçün bir sıra
seminarlar, təlimlər, festivallar,
müxtəlif görkəmli şəxsiyyətlərlə
görüşlər təşkil etməkdir. Bir
sözlə, tələbələrin asudə vaxtları-
nı və tələbəlik illərinin səmərəli,
maraqlı keçirməsinə yardımçı
olmaqdır. Eyni zamanda klu-
bun digər fəaliyyət istiqaməti
ATU-nun tələbələri arasından
təlim deyə biləcək tələbələrin
yetişdirilməsidir.
Rəsmi hissədən sonra tələbələr
üçün ilk təlimə start verilib.
ATU-nun V kurs tələbəsi Yusif
Seyidov “İlk addım” mövzusunda
fikirlərini tədbir iştirakçıları ilə
bölüşüb. Qeyd olunub ki, gənclər
müstəqil həyata qədəm qoyduqda
ilk addımı atmazdan öncə yax-
şı düşünməlidir. Çünki hər bir
qərar insan həyatını kökündən
dəyişdirəcək dərəcədə təsirli
ola bilər. Sonra psixoloq İzzət
Rəhimova “Gənclərdə liderlik
xüsusiyyətinin formalaşdırılması”
mövzusunda çıxış edib. O, kar-
yera qurulmasında insanın şəxsi
keyfiyyətləri və bacarıqlarının
xüsusi rol oynadığını vurğula-
yıb. Məhz buna görə də, daim
öz bilik və bacarıqlarını inkişaf
etdirməyə ehtiyac olduğunu bildi-
rib. Psixoloq qeyd edib ki, gənclər
güclü idarəetmə qabiliyyətinə,
uzaqgörənlik, yaradıcılıq, motiva-
siya və s. kimi xüsusiyyətləri inki-
şaf etdirməyə həvəsli olmalıdırlar.
Tədbirin yekununda tələbələri
maraqlandıran suallara ekspertlər
tərəfindən cavab verilib.
Dostları ilə paylaş: |