Görüşdə Argentinadan gələn qonaqlara
Azər baycan Tibb Universiteti haqqında ətraflı
məlumat verilib. Qeyd edilib ki, ATU ölkəmizdə
tibb təhsili verən yeganə ali məktəbdir. Hazır-
da universitetdə 7000-dən çox tələbə, rezident
və 1000-dən çox xarici ölkə vətəndaşları olan
tələbələr təhsil alır.
Tibb Universitetinin professor-müəllim heyəti
haqqında məlumatda qeyd edildi ki,hazırda bu ali
təhsil ocağında 160-dan çox professor, 320 do-
sent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə
1300 nəfər akademik personal çalışır.
Öz növbəsində qonaqlar da Quilmes Milli Uni-
versiteti haqqında ətraflı məlumatı görüş iştirak-
çılarının diqqətinə çatdırdılar. Görüş zamanı Qu-
ilmes Milli Universitetinin rektoru Mario Lozano
həmçinin son illər Argentina ilə Qafqaz regionu,
xüsusilə Azərbaycan,Gürcüstan və Türkiyə ilə
münasibətlərin dərinləşməsinin müşahidə olun-
duğunu bildirdi. Bu baxımdan, hər üç ölkə ali
təhsil müəssisələri arasında da əməkdaşlığın
genişlənməsinə ehtiyac olduğunu vurğuladı.
Görüşdən sonra Argentina nümayəndə heyəti
ATU-nun tədris binaları, klinikaları ilə tanış oldu-
lar. Onlar Tibb Universitetində tələbə-rezidentlər,
həmçinin əhalinin müayinə və müalicəsi üçün
yaradılan şəraitdən, modern texnoloji avadanlıq-
la təchiz olunmuş klinikalardakı durumdan son
dərəcə məmnun qaldıqlarını bildirdilər.
Tibb Universitetində olan görüşdə rektor Ma-
rio Lozano ilə birgə Argentinanın beynəlxalq
məsələlər üzrə müşaviri Marselo Tobin, Argen-
tinanın Azərbaycandakı səfirinin müavini Gabriel
Jorquera, Argentinanın Azərbaycandakı təhsil
müəssisələri üzrə agenti Tutu Yunusova da işti-
rak edib.
Dostları ilə paylaş: |