ATU-nun Onkoloji klinikasında
elmi konfrans keçirilib
Rektor yay imtahan sessiyasına
hazırlığın vəziyyətilə maraqlanıb
Saatlı və
Sabirabad
sakinləri pulsuz müayinə olundu
u Müasir dövrdə gənclərin
xarici dil, xüsusilə də ingilis
dilini bilməsi çox önəmlidir.
Dil bacarıqları tələbələrin
beynəlxalq təcrübəni daha yax-
şı mənimsəməsinə, əlaqələri
genişləndirməsinə,
konkret
fənn ilə bağlı daha çox bilik
əldə etməyə imkan verir. Tibb
elminin daim inkişaf edən bir
sahə olduğunu nəzərə ala-
raq ingilis dili biliklərinin ATU
tələbələri üçün daha çox
əhəmiyyət kəsb etdiyini deyə
bilərik. Bu məsələdə tələbələrə yar-
dım etmək məqsədilə Azərbaycan Tibb
Universitetinin (ATU) rektoru, akademik
Ə.Əmiraslanovun dəstəyi nəticəsində
Tələbə Həmkarlar İttifaqı Komitəsinin
nəzdində tələbələr üçün pulsuz danışıq
kursları (Conversation Club) təşkil edilib.
Bu haqda ATU-nun Tələbə Həmkarlar
İttifaqı Komitəsinin sədri, dosent Elşad
Novruzov məlumat verib.
Onun sözlərinə görə, bu kurs-
larda ingilis dilində başlanğıc
(Beginner) və orta səviyyələr
(İntermediate) üçün xüsusi
proqramlaşdırılmış dərslər ke-
çilir.
Kursların tamamilə ödənişsiz
olduğunu xüsusi qeyd etmək
lazımdır. Bu, tələbələrin xarici
dillərlə daha intensiv məşğul
olmasına imkan yaradacaq.
Qeyd edək ki, ingilis dilində
danışıq klubunun yaradılması
layihəsi ATU-nun II müalicə
profilaktika fakültəsinin 3-cü kurs tələbəsi
Sərxan Həsənlinin başçılığı ilə icra olu-
nur. Dərslər həftədə 2 dəfə - şənbə və
bazar günləri ATU-nun tədris binasında
(fizika-kimya korpusu) keçirilir.
Kursda iştirak etmək üçün facebookda
“Medicalconversationamu” qrupuna qa-
tılmaq lazımdır.
Dostları ilə paylaş: |