Akademik Zərifə Əliyevanın
anadan olmasının 92-ci
ildönümü ərəfəsində silsilə
tədbirlər
keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon
təşkilatı görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə
həsr edilmiş silsilə tədbirlər keçirib.
K
iyevdə
görkəmli
oftalmo-
loq-alim, akademik Zərifə
Əliyevanın xatirəsinə həsr
edilmiş
“İnfeksion
nəzarət
üzrə
elmi işlər məcmuəsi” dördcildliyinin
təqdimatı keçirilib.
Təqdimat “İnfeksi-
on nəzarə tin innova-
siya texnologiyaları:
dezinfeksiya,
ste-
rilizasiya,
nozoko-
mial
infeksiyaların
monitorinqi, mikrob
əleyhinə preparatlar-
dan səmərəli istifadə,
mikrob əleyhinə re-
zistentlik”
mövzu-
sunda beynəlxalq el-
mi-praktik konfrans
çərçivəsində keçirilib.
Dördcildliyin müəl-
lifi
həmvətənimiz,
Kiyev də
akademik
Zərifə Əliyeva adına Beynəlxalq Elmi-
Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına
Ukrayna Diplomdansonrakı Təhsil Milli
Tibb Akademiyasının (DTMTA) mikro-
biologiya və epidemiologiya kafedrası-
nın müdiri, Ukraynanın Dünya Səhiyyə
Təşkilatının (DST) Avropa Bürosundakı
milli əlaqələndiricisi, tibb elmləri doktoru,
professor Aydın Salmanovdur.
Dördcildliyə A.Salmanovun 2006-2014-
cü illərdə apardığı əsas tədqiqatlar daxil-
dir. Müəllif bu kitabı akademik Zərifə
Əliyevanın nurlu xatirəsinə həsr edib.
Bütün cildlərdə müəllifin ötən əsrin 70-ci
illərinin sonu və 80-ci illərinin əvvəlində
N.Nərimanov adına Azərbaycan Dövlət
Tibb İnstitutunda (indiki Azərbaycan Tibb
Universiteti) təhsil aldığı dövrdə akade-
mik Zərifə Əliyeva haqqında xatirələri yer
alıb.
Professor A.Salmanov dünya şöhrətli
akademik Zərifə Əliyevanın xatirəsinə
həsr edilmiş daha üç kitabın müəllifidir.
Həmin kitabların təqdimatı 2014-cü ilin
aprelində Kiyevdə beynəlxalq konfransda
və DST-nin himayəsi, Avropa ölkələrindən
milli əlaqələndiricilərin iştirakı ilə bu
ilin fevralında Kopenhagendə keçirilən
müşavirədə olub.
Aydın Salmanov AZƏRTAC-a müsa-
hibəsində bildirib ki, Kiyevdə konfransın
təşkilatçıları DTMTA və akademik Zərifə
Əliyeva adına Beynəlxalq Elmi-Tibbi
Mərkəzdir.
Azərbaycan xalqının şanlı qızı akade-
mik Zərifə Əliyevanın doğum gününə
həsr edilmiş tədbirdə DST-nin, Ukrayna
Səhiyyə Nazirliyinin, Milli Tibb Elmləri
Akademiyasının, Dövlət Sanitariya-Epi-
demiologiya Xidmətinin nümayəndələri,
habelə Ukrayna, Azərbaycan, Almaniya,
Danimarka, Polşa, ABŞ və İsveçdən apa-
rıcı alimlər iştirak ediblər.
Dostları ilə paylaş: |