Aprelin 22-də
Azərbaycan
Tibb
Universitetinin (ATU)
Onkoloji klinikasında
elmi konfrans keçirilib.
Almaniyadakı
Azərbaycanlı Həkimlər
Cəmiyyəti (VANT)
tərəfindən təşkil olunan elmi
konfransda qonaq qismində
Almaniyadan olan elmi
tədqiqatçı, bioloq Tasilov
Ford iştirak edib. O, ATU-
nun keçən ilki məzunları
Uğur Ağamalıyev və Valeh Rüstəmovla
birgə Almaniyada mədəaltı vəzi
xərçənginə aid elmi-tədqiqat işi üzərində
çalışır. Uğur Ağamalıyevin sözlərinə
görə, ATU məzunlarının Almaniyada 6
tədqiqatçıdan ibarət Elmi-tədqiqat qrupu
var. Onlardan bir nəfəri kimyaçı, digərləri
isə həkimlərdir: “Elmi-tədqiqat işimizin
əsas maliyyə dəstəyi dövlət tərəfindəndir.
Bu işin təşkilatçısı isə Almaniyadakı
Azərbaycanlı Həkimlər Cəmiyyətidir.
Hazırda 6 elmi tədqiqatçımız var. Bu il
daha 3 elmi tədqiqatçının bizə qoşula-
cağı gözlənilir. Gələcəkdə bu işi daha
da genişləndirməyi düşünürük. İstər
Azərbaycan Tibb Universitetindən olsun,
istərsə də digər xəstəxanalardan belə bir
elmi korporasiya yaratmaq planımız var”.
U.Ağamalıyev elmi-tədqiqatlarının
əsasən xərçəng xəstəliyi istiqamətində
aparıldığını bildirib.
u
Dostları ilə paylaş: |