Saatlı və Sabirabad sakinləri pulsuz müayinə olundu 3 atu rəhbərliyi imtahanlara nəzarət edəcək heyət üzvləri ilə görüşüb Akademik Zərifə xanım Əliyevanın anadan olmasının


olan  yüksək  mənəvi  keyfiyyətləri



Yüklə 12,62 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix31.12.2021
ölçüsü12,62 Mb.
#2905
1   2   3   4   5   6   7   8   9   ...   30
olan  yüksək  mənəvi  keyfiyyətləri 

haqqında  çox saylı  məqalə,  kitab 

və  əsərlər  yazılıb  və  yazılacaqdır. 

Zərifə  xanım  Əliyevanın  zəngin 

elmi irsi, oftalmologiyanın müxtəlif 

sahələri  üzrə  apardığı  tədqiqatlar, 

qazandığı nailiyyətlər, yaratdığı fun-

damental  əsərlər  Azərbaycan  tibb 

elminin parlaq səhifəsidir.

1923-cü il aprelin 28-də Azərbaycanın 

Şahtaxtı kəndində, görkəmli dövlət xa-

dimi  Əziz  Əliyevin  ailəsində  dünyaya 

göz aşan Zərifə Əliyeva taleyin hökmü 

ilə Azərbaycanda oftalmologiya elminin 

tarixində silinməz iz qoymağı bacardı.

Zərifə xanım 1949-cu ildə Azərbaycan 

Elmi-Tədqiqat Oftalmologiya İnstitutun-

da elmi əməkdaş vəzifəsində fəaliyyətə 

başlayıb, 1950-ci ildə aspiranturaya da-

xil  olub,  həkimlik  fəaliyyəti  ilə  bərabər, 

elmi axtarışlarını davam etdirib.

Zərifə xanım elmi-praktiki fəaliy yətinin 

böyük  bir  dövrü  Həkimləri  Təkmil-

ləşdirmə  İnstitutunun  göz  xəstəlikləri 

kafedrası  ilə  bağlı  olub.  O,  kafedrada 

dosent kimi fəaliyyətə başlayıb, doktor-

luq  dissertasiyasını  müdafiə  etdikdən 

sonra–1976-cı  ildə  kafedranın  pro-

fessoru  seçilib.  O,  1983-cü  ildən  göz 

xəstəlikləri  kafedrasına  başçılıq  edib. 

Onun təşkilatçılıq bacarığı bu vəzifədə 

özünü daha qabarıq göstərib.

Zərifə  xanım  tədqiqatlarını  traxo-

ma  xəstəliyinin  müalicəsi,  xüsusən, 

traxomanın  və  onun  fəsadlarının 

müalicəsində  o  dövrdə  yeni  antibi-

otikdən–təkcə  geniş  spektrli  antibak-

terial  deyil,  həm  də  antixlamid  təsirli 

sintomisindən  səmərəli  istifadə  imkan-

larının öyrənilməsi ilə bağlı məsələlərə 

həsr edib. O, 12 monoqrafiya, dərslik və 

dərs vəsaitinin, 150-dən çox elmi işin, bir 

kəşfin  müəllifidir.  “İridodiaqnostikanın 

əsasları”  monoqrafiyası  həkimlər  ara-

sında bu gün də çox populyar dərslikdir. 

Onun  iridodiaqnostika  -  gözün  qüzeh-

li  qişasında  səciyyəvi  dəyişikliklərə 

əsasən 


orqanizmdəki 

xəstəliklərin 

diaqnostikası  sahəsində  araşdırma-

ları  böyük  maraq  doğurur.  İridodiaq-

nostika  təbabət  elminin  uzun  müddət 

qəbul  edilməyən  yeni  istiqamətidir. 

Zərifə  Əliyeva  o  zaman 

hələ tədqiq edilməmiş bu 

yeni  istiqamətə  bir  sıra 

məqalələr həsr edmişdir.

Azərbaycan oftalmologi-

yasını dünya səviyyəsində 

tanıdan  akademik  Zərifə 

xanım  Əliyeva  təbabətdə 

öz  dəst-xətti  olan  nova-

tor  bir  alim  idi.  O,  elmi-

pedaqoji 

fəaliyyətində 

təkcə  çoxşaxəli  elmi-

tədqiqat  işləri  aparmaqla 

kifayətlənməmiş,  yüksək 

ixtisaslı  gənc  alim  kadr-

ların  yetişdirilməsinə  və 

oftalmoloq-həkimlərin 

ixtisaslarının 

artırılması işinə də xüsusi diqqət yetir-

mişdir.

Zərifə xanım peşəkar həkim, əvəzolun-

maz pedaqoq idi. O, əldə etdiyi yeni bi-

lik və bacarıqları böyük həvəslə həkim 

və  elmi  işçilərlə  paylaşırdı.  O,  övladla-

rını sonsuz bir məhəbbətlə sevən ana, 

böyük ziyalı idi.

Azərbaycanda  traxoma  xəstəliyinin 

kökünü kəsməyi qarşısına məqsəd qo-

yan  Zərifə  xanım  yaxşı  başa  düşürdü 

ki, bu, çox çətin və mürəkkəb problem-

dir. Lakin işin çətinliyinə və məsuliyyətli 

olmasına baxmayaraq, o, uğur qazana 

bildi.  Moskva  oftalmologiya  məktəbi 

Zərifə  xanımı  “oftalmologiyanın  incisi” 

adlandırmışdı.

Zərifə  xanım  1985-ci  il  aprelin  15-də 

Moskvada vəfat edib.

Akademik  Zərifə  xanım  Əliyeva  elm, 

təhsil,  səhiyyə,  eləcə  də  ictimai-siya-

si  sahələrdəki  misilsiz  xidmətlərinə, 

həmçinin  nadir  xeyriyyəçilik  xüsu-

siyyətlərinə 

görə, 


ölkəmizin 

ta-


rix  salnaməsində  dünya  şöhrətli 

alim,  nümunəvi  qayğıkeş  pedaqoq, 

şəfaverici,  şəfqətli  həkim,  səmimi  və 

sədaqətli  vətəndaş,  eləcə  də  məğrur 

Azərbaycan  qadını  kimi  xalqımızın 

qəlbində daim yaşayacaqdır.

AZƏRTAC  xəbər 

verir  ki,  əvvəlcə 

YAP  Nəsimi  rayon 

təşkilatının  qadın-

lar  şurası  üzvlərinin 

iştirakı  ilə  5  nömrəli 

şəhər  poliklinikasın-

da görmə qabiliyyəti 

zəif  olan  qadınlar 

üçün  pulsuz  tib-

bi  müayinə  təşkil 

olunub.  Aksiya  za-

manı  zərif  cinsin 

43 


nümayəndəsi 

müayinə 


olunub. 

Sonra əlil qadınlar üçün “Millenium” 

restoranında banket təşkil edilib.

YAP  Nəsimi  rayon  təşkilatının 

təşəbbüsü  ilə  B.Eyvazov  adı-

na  Elmi-Tədqiqat  Hematologiya 

və  Transfuziologiya  İnstitutunun 

Mərkəzi  Qan  Bankında  qanvermə 

aksiyası keçirilib. Aksiyada partiya-

nın təqribən 300 üzvü iştirak edib.

Milli  Məclisin  deputatı,  YAP 

Nəsimi  rayon  təşkilatının  sədri 

Məlahət  İbrahimqızı,  Nəsimi  Ra-

yon  İcra  Hakimiyyəti  başçısının 

müavini  Gülarə  Verdiyeva,  habelə 

YAP  Nəsimi  rayon  təşkilatının  qa-

dınlar  şurasının  üzvləri  görkəmli 

oftalmoloq  alim,  akademik  Zərifə 

Əliyevanın 

məzmunlu 

həyat 

yolundan,  pedaqoji  və  həkim 



fəaliyyətindən  söz  açıblar.  Qeyd 

olunub ki, Zərifə Əliyevanın zəngin 

elmi  irsi,  oftalmologiyanın  müxtəlif 

sahələrində  apardığı  tədqiqatlar, 

habelə  əldə  etdiyi  uğurlar  və  fun-

damental əsərləri tibb elmi tarixinin 

parlaq səhifələrini təşkil edir.

Tədbirdə  vurğulanıb  ki,  Zərifə 

Əliyeva  ziyalı  qadının  adını  ucal-

dan unudulmaz şəxsiyyətlərdən bi-

ridir. Görkəmli alim müasir müstəqil 

Azərbaycan  dövlətinin  memarı  və 

qurucusunun,  həyatını  Vətənin 

və  xalqın  tərəqqisinə  həsr  etmiş 

dahi  şəxsiyyətin  -  ümummilli  lider 

Heydər  Əliyevin  sədaqətli  ömür-

gün yoldaşı və sadiq dostu olub.

Qeyd  edək  ki,  donor  qanı  talas-

semiya  və  hemofiliyadan  əziyyət 

çəkən  uşaqların  müalicəsində 

istifadə olunacaq.


Yüklə 12,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin