DİAQNOSTİKA VƏ QİYMƏTLƏNDİRMƏ
Stenokardiyanın diaqnostikası və qiymətləndirilməsi klinik,
laborator və spesifik kardioloji müayinələrlə aparılır. Müayinələrin
məqsədi aşağıda göstərilmişdir:
1. SS-ə şübhə olduğu hallarda işemiyanın aşkar olunması.
2. Yanaşı gedən patologiyaların və meydana çıxaran faktorların
müəyyənləşdirilməsi və ya inkar edilməsi.
3. Risk dərəcəsinin təyini.
4. Müalicənin faydasının qiymətləndirilməsi.
Simptom və əlamətlər
SS-nin diaqnostikasında anamnez həyati əhəmiyyət kəsb edir.
Anamnezin mühüm xüsusiyyətlərindən biri də hal-hazırda tütün
çəkmək, yaş, keçirilmiş Mİ, ürək çatışmazlığı əlamətləri, xəstəliyin
gedişi (yeni başlayan və ya proqressiv), stenokardiyanın ağırlığı,
xüsusilə də müalicəyə cavab verməməsi kimi faktorların daxil
edildiyi riskin qiymətləndirilməsidir. Anginoz tutmaların gedişi,
tezliyi və sakitlik EKQ anormallıqları 1 illik və Mİ keçirmədən
sağqalmanın müstəqil prediktorlarıdır.
Miokardın işemiyası ilə bağlı narahatlıq hissi aşağıdakı
xüsusiyyətlərlə ayırd edilir:
9 lokalizasiyası,
9 xarakteri,
9 müddəti,
9 həyəcan və gərginliklə, şiddətləndirici və yüngülləşdirici
amillərlə əlaqəsi.
Anginoz ağrısı olan xəstələrin arasında qeyri-sabit
stenokardiyanın ayırd edilməsi vacibdir ki, bu da özünü aşağıdakı
formalarda büruzə verir:
1. Sakitlik stenokardiyası.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
2. Sürətlə şiddətlənən və ya kresçendo stenokardiya, daha
doğrusu əvvəlcədən mövcud olan gərginlik stenokardiyasının
ağırlığının sürətlə artması.
3. İlkin stenokardiya, yəni başlandıqdan sonra iki ay ərzində
aktivliyi məhdudlaşdıran, yeni əmələ gələn ciddi
stenokardiya.
Anginoz ağrıya şübhə olduqda xəstələrin ilkin qiymətləndirilməsi
üçün alqoritm şəkil 1-də, müayinələr isə aşağıda göstərilmişdir.
Stenokardiyalı (ehtimal olunan) xəstələrin fiziki müayinəsində
yanaşı gedən halların və ya hadisəni ortaya çıxaran faktorların təyin
və ya təkzib edilməsinə və riskin qiymətləndirilməsinə xüsusi diqqət
yetirilməlidir. Aşağıdakıların ayırd edilməsi əsas rol oynayır:
1. Ürəyin qapaq xəstəlikləri və ya hipertrofik obstruktiv
kardiomiopatiya əlamətləri
2. Hipertoniya
3. Qeyri-koronar damar xəstəliyi
4. Yanaşı gedən ciddi
xəstəliklər, xüsusilə ağ ciyər
patologiyaları
5. Ürək çatışmazlığı əlamətləri
6. Metabolik sindromun ayırd edilməsi üçün bədən kütlə indeksi
və bel çevrəsinin ölçülməsinin qiymətləndirilməsi.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|