, daha əvvəl keçirilmiş miokard infarktı (B)
3
, ürək
çatışmazlığı simptomları və əlamətləri olan xəstələrə aparılır (B)
3
.
SS-də uzunmüddətli sağqalmanın əsas prediktoru ExoKQ ilə
qiymətləndirilən SM funksiyasıdır, belə ki, bu funksiyasının pozulması
ölüm faizini artırır. SM hipertrofiyası da mühüm proqnostik əlamətdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
15
Fiziki yük sınaqlı EKQ
Xəstələrin böyük əksəriyyətində fiziki yük sınaqlı (FYS)
elektrokardiografiya ÜİX diaqnozunu müəyyənləşdirmək və riski
qiymətləndirmək üçün ilkin müayinə hesab edilir. Ümumiyyətlə,
stenokardiyaya şübhəli olan xəstələrə sakitlik EKQ ilə yanaşı FYS EKQ
müayinəsi aparılmalıdır (C)
2
.
Fiziki yük zamanı ST-seqmentinin depressiyası stress testin müsbət
qiymətləndirilməsinə əsas verir. ÜİX diaqnozunun qoyulmasında fiziki
yük sınağının həssaslığı və spesifikliyi uyğun olaraq 68% və 77%
göstərilir. Hiss dəstəsinin sol ayaqcığının tam blokadası,
kardiostimulyator ritmi və WPW sindromunun olduğu hallarda fiziki yük
sınağının heç bir diaqnostik əhəmiyyəti olmur. SM, elektrolit disbalansı,
mədəcikdaxili keçiriciliyin pozulması və uzun müddət digitalis
preparatlarının qəbulu ilə əlaqədar olaraq sakitlik EKQ anormal xəstələrin
stress sınaqları diaqnostik baxımdan informativ olmur. Bu zaman
diaqnostika və proqnozun müəyyənləşdirilməsi üçün alternativ olaraq
funksional sınaqlardan istifadə oluna bilər.
FYS EKQ-nin həssaslığı 3 damar zədələnməsi olan xəstələrdə daha
yüksək, bir damar xəstəliyi olan xəstələrdə daha aşağıdır. Qadın xəstələr
üçün fiziki yük sınağının spesifikliyi və həssaslığı daha aşağıdır (C)
2
.
FYS EKQ, ÜİX diaqnozu təsdiqlənmiş və xəstəliyə şübhə doğuran
xəstələrin riskinin qiymətləndirilməsində əsas vasitədir. Proqnostik
göstəricilərə, fiziki gərginliyə tolerantlıq və fiziki gərginlik zamanı klinik
və elektrokardioqrafik olaraq meydana çıxan işemiya aiddir. Fiziki yükə
maksimal tolerantlıq, proqnostik göstərici olmaqla, maksimal fiziki yükün
davametmə müddəti, maksimal MET səviyyəsi, Watt -la ifadə olunan
maksimal iş yükü və ürək vurğularının maksimal sayı ilə ölçülür. Fiziki
gərginliyin sonunda ürək vurğularının sayı, ST seqmentinin depressiyası,
test zamanı ağrının olub-olmaması, iş yükünün yüksək həddi və ST
seqmentinin dəyişməsi kimi fiziki gərginliyin göstəricilərinin analizi
stress testin klinik əhəmiyyətini artırır. Klinik parametrlər və stress testin
parametrlərinin kombinasiyası, Duke Treadmil Score (DTS) (əlavə 2)
kimi bal şkalasının istifadə edilib-edilməməsindən asılı olmayaraq,
yüksək və aşağı risk qruplarının ayırd edilməsində effektiv üsuldur.
Revaskulyarizasiyanın aparılması haqda qərar qəbul etmək üçün
fiziki yük sınağı birinci növbədə yerinə yetirilir (A)
5
.
Xəstənin vəziyyətində klinik dəyişikliklər olmadığı halda dinamikada
FYS aparılması tövsiyə olunur (D)
3
.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|