33
PROFİLAKTİKA
►
Profilaktik tədbirləri həyata keçirərkən ÜD xəstəliklərinin ailə
anamnezinin (kişi xəttində 55, qadın xəttində isə 65 yaşa qədər
meydana çıxmasının), qadınlarda vaxtından əvvəl menopauza,
kontraseptiv hormonal preparatların qəbulu
kimi amillərin nəzərə
alınması vacibdir.
►
Modifikasiya olunan RA-nin nəzarətdə saxlanılması birincili
profilaktikanın əsas şərtlərindəndir. Əksər RA həyat tərzi ilə
əlaqədardır. Qidalanma onun əsas komponentlərindən biri olub,
aterosklerozun inkişafına və proqressivləşməsinə təsir edə bilər
(belə ki, qidalanmanın qanın
lipid spektrinin dəyişməsi,
trombəmələgəlmə proseslərinə təsiri və s. kimi nəticələri vardır).
Bu baxımdan rasional qidalanma xüsusi əhəmiyyət kəsb edir.
►
Sağlam həyat tərzi: adekvat, müntəzəm fiziki aktivlik (
B)
4
(məs,
həftədə 5-7 dəfə ən azı 30 dəq sürətlə yerimə), tütünçəkmə
(A)
4
və artıq miqdarda alkohol qəbulundan çəkinmək (əks-göstəriş
yoxsa, nikotin tərkibli preparatlardan istifadə olunması),
xolesterin və yağların miqdarını azaltmaqla balanslaşdırılmış
pəhriz
(C)
4
, artıq bədən çəkisi (xüsusən android tipli piylənmə)
ilə mübarizə birincili profilaktikanın mühüm tərkib hissələridir.
►
Antioksidant vitaminlər (C, E, betta-karotin) hətta yüksək ürək-
damar riski olan xəstələrə belə göstəriş deyil
(A)
4
.
►
ÜİX-nin klinik təzahürləri olmayan şəxslər
periodik olaraq
dislipidemiyanın mövcudluğuna yoxlanılmalıdır
(D)
4
. Lipid
profil acqarına (və ya ümumi XS və ASLP acqarına olmadan) 20
yaşdan yuxarı şəxslərdə yoxlanılmalıdır. Hiperlipidemiyaya
skrinninq hər 5 ildən bir aparılmalıdır. Hiperlipidemiyalı, ÜİX
olmayan simptomsuz xəstələrə həyat tərzini dəyişmək, pəhriz,
hipolipidemik
müalicə təyin olunur (B)
4
.
►
AH-nın ürək-damar xəstəliklərinin ağırlaşmalarının meydana
çıxmasındakı rolu çoxsayli tədqiqatlarla sübut olunmuşdur. AH-
nın aktiv diaqnostikası və müntəzəm müalicəsi ÜD
ağırlaşmalarının meydanagəlmə riskini azaldır
(A)
4
.
►
ŞD aterosklerozun inkişaf və proqressivləşmə riskini artırır. Belə
xəstələrdə ÜD ağırlaşmaları riskinin azaldılması üçün qanda
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
34
şəkərin miqdarı ilə bərabər digər risk amilləri [ilk
növbədə AH
(AT hədəf səviyyəsi 130/90 mm c.s.-dan aşağı olmalıdır) və
dislipidemiya] korreksiya edilməlidir
(B)
4
.
►
Çoxlu miqdarda ÜD riski olan şəxslərə ÜD ağırlaşmalarının
birincili profilaktikası məqsədilə, əks-göstərişlər olmadıqda,
asetilsalisil turşusu təyin edilir (75-325 mq/sut). ÜD
ağırlaşmalarının aşağı və orta risk səviyyəsinə aid və ÜİX
simptomları olmayan şəxslərə profilaktik məqsədlə aspirinin
qəbulu məsləhət görülmür. Lakin şəkərli diabetli və ÜİX
olmayan postmenopauza dövründəki qadınlara bu preparatın
təyin olunması tövsiyə olunur.
Dostları ilə paylaş: