Sabit stenokardiya üzrə klinik protokol


Cərrahi və perkutan koronar müdaxilənin müqayisəsi



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
14 Stabil Angina

 
Cərrahi və perkutan koronar müdaxilənin müqayisəsi
 
 
Randomizə olunmuş tədqiqatların nəticələri göstərir ki, həm PKM və 
həm də cərrahiyə simptomların müalicəsi üçün effektiv seçim kimi 
nəzərdə tutula bilər. Lakin cərrahiyyənin üstünlüyü sübuta yetirilmiş 
yüksək risk göstəriciləri olan populyasiya istisna edilməlidir. 
Bir-iki damar xəstəliyi (SÖEA-nın yüksək dərəcəli proksimal 
stenozundan başqa) olan diabetsiz xəstələrdə bir və ya daha çox 
zədələnmə üzərində aparılmış angioplastikanın ilkin müvəffəqiyyət 
ehtimalı yüksəkdir. Ümumiyyətlə, PKM-nin daha az invaziv təbiəti, 
prosedur kimi riskinin çox aşağı olması və AKŞ-nin çox aşağı risk 
yarımqruplarında sağqalma göstəricisinə təsir üstünlüyünün olmaması 
kimi amillər onun ilkin yanaşma kimi aparılmasına əsas verir. Hər bir 
xəstənin fərdi vəziyyəti müalicə strategiyası planlaşdırılarkən diqqətlə 
nəzərdən keçirilməlidir. 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


28
Spesifik xəstələr və damar zədələnməsinə müvafiq yarımqruplar 
 
SM-in funksiyası ciddi azalmış və/və ya cərrahi riski yüksək, sol əsas 
kötüyün xəstəliyi, ŞD, çoxdamar xəstəliyi olan və əvvəllər AKŞ edilmiş 
xəstələr revaskulyarizasiyanın növünü seçərkən xüsusi müzakirəyə səbəb 
olurlar. 
1. Cərrahi riski çox yüksək olan xəstələr PKM ilə revaskulyarizasiyadan 
xüsusən o halda fayda görə bilərlər ki, hədəf damar(lar)la perfuziya 
edilən disfunksiyalı miokardda canlı toxumanın olması əyani surətdə 
göstərilsin. 
2. Sol əsas kötüyün xəstəliyində PKM-in həyata keçirilməsi 
mümkündür. Dərman örtüklü stentlərin istifadəsi zamanı metal 
stentlərlə müqayisədə yaxşı nəticələr əldə olunmuşdur. Lakin, gələcək 
tədqiqatların nəticələri bilinənədək cərrahi müalicəyə üstünlük 
verilməlidir. 
3. Çox damar xəstəliyi olan ŞD xəstələrdə, AKŞ PKM-ə nisbətən ölüm 
göstəricisini azaldır. Tədqiqatlar bu mübahisə doğuran vacib 
məsələnin həllinə yönəldilmişdir, lakin hazırkı dövr üçün çox damar 
xəstəliyi olan ŞD xəstələrdə, PKM həmin tədqiqatların nəticələri əldə 
edilənədək ehtiyat üsul kimi nəzərdə tutulmalıdır. 
4. Əvvəllər AKŞ edilmiş xəstələrdə müalicə variantlarını müqayisə edən 
randomizə olunmuş tədqiqatlar yoxdur. Simptomatik əsas vardırsa, 
anatomiyanın müvafiq olduğu hallarda təkrari cərrahiyə əməliyyatına 
təşəbbüs edilə bilər. Lakin müdaxilənin riskləri yüksəkdir. Belə 
hallarda PKM simptomatikanı yüngülləşdirmək üçün təkrari 
cərrahiyə əməliyyatına alternativ təşkil edir. 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin