27
Perkutan koronar müdaxilə
SS-li və uyğun koronar anatomiyalı xəstələrdə stentlərin
istifadəsi, dərman örtüklü stentlərin meydana çıxması və adekvat
köməkçi müalicə, səriştəli həkimə həm tək, həm də çoxdamar
zədələnmələrində PKM prosedurlarını müvəffəqiyyətlə aparmağa
imkan verir. Rutin aparılan angioplastikada prosedur ilə əlaqədar
ölüm riski 0.3% - 1% -dir.
PKM, demək olar ki bütün hallarda simptomları yüngülləşdirmək
üçün AKŞ-ə alternativ olaraq nəzərdə tutula bilər. Mövcud dəlillərə
görə SS-də PKM-in sağqalma baxımından dərman müalicəsindən
üstünlüyü sübuta yetirilməmişdir, lakin PKM dərman müalicəsinə
nisbətən həyat keyfiyyətinə təsir göstərən hadisələrin (stenokardiya
tutması, təngnəfəslik, revaskulyarizasiyaya ehtiyac və ya fiziki yükə
tolerantlığın məhdudlaşması) azaldılmasına daha effektiv təsir
göstərir. İnvaziv texnologiyada olan irəliləyişlər həm yaxın və həm
də uzaq dövrdə angioplastikanın müvəffəqiyyətini artırmışdır və bu
məsələ təfsilatı ilə PKM üçün tövsiyələrdə müzakirə edilmişdir.
Dostları ilə paylaş: