Angiotenzin çevirici ferment inhibitorları AÇF inhibitorları SS ilə birlikdə hipertoniya xəstəliyi, ŞD, ürək
çatışmazlığı, asimptomatik SM disfunksiyası və keçirilmiş Mİ
olduğu zaman göstərişdir (A) 1
. Yuxarıda sadalanan xəstəliklər
olmadıqda SS zamanı faydası və əlavə təsirlərinin müqayisəsi
aparılaraq, randomizə olunmuş
tədqiqatlarda ürək-damar
xəstəliklərinin mütləq riskini azaldan AÇF inhibitorları seçilməlidir.
Sabit koronar arteriya xəstəliyi olan pasiyentlərdə ürək
çatışmazlığı yoxdursa, ramipril və perindopilin profilaktik məqsədlə
istifadə olunur (A) 1
. Belə ki, perindopril 8 mq/sut dozada sübut
olunmuş aşağı riskli ÜİX olan xəstələrə (B) 4
, ramipril 10 mq/sut
dozada sübut olunmuş yüksək riskli ÜİX olan (B) 4
xəstələrə təyin
olunur.
Beta-blokatorlar SS olan xəstələrin əksəriyyətinə birinci sıra preparat kimi daxili
simpatomimetik aktivliyi olmayan BB təyin olunur (B) 1
. Beta-
blokatorlar Mİ keçirmiş xəstələrin sağqalma göstəricisini artırır (A) 1
və stenokardiya tutmalarının tezliyini və ağırlığını azaldır.
Keçirilmiş Mİ-dən sonra və ya ürək çatışmazlığı ilə birlikdə SS olan
xəstələrdə (B) 1
beta-blokadanın proqnostik faydalarını göstərən
sübutlar olduğundan, bəzi beta-blokatorlar (nebivolol, bisoprolol,
metoprolol-suksinat, karvedilol) (B) 4
əks göstərişi olmayan xəstələrin
antiişemik müalicəsində birinci sıra dərmanlar hesab olunur.
Beta-1 blokatorların effektivliyinin qiymətləndirilməsi, dozasının
maksimal terapevtik dozaya qədər titrlənməsi, uzunmüddətli təsirli
preparatın təyininin məqsədəuyğunluğunun qiymətləndirilməsi
tövsiyə olunur (A) 3
.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.