18
ya perfuziya pozulmasını aşkar etmək üçün istifadə edilə bilər,
lakin
geniş tətbiq edilmir.
Kompüter tomoqrafiya
Elektron şüa KT, multi-detektor və ya çox kəsikli (
multi slice)
KT koronar kalsifikasiyanın kəmiyyətcə təyinində təsdiqlənmiş
müayinə üsuludur. KT arterioqrafiya intravenoz
kontrast maddə
inyeksiyası vasitəsilə həyata keçirilir.
Maqnit rezonans arterioqrafiya
Qeyri-invaziv MR kontrast koronar arterioqrafiya praktik klinik
müayinə metodu deyil, tədqiqat vasitəsidir.
Koronar arterioqrafiya
Qeyri-invaziv testlər obstruktiv koronar xəstəlik barədə lazımi
dərəcədə fikir
yürütməyə imkan verir, lakin riski qiymətləndirmək
üçün koronar arterioqrafiyaya ehtiyac ola bilər. Koronar
arterioqrafiya, sabit stenokardiyalı xəstələrdə damarlarda stenozun
olub-olmamasını dəqiq ayırd etməklə, terapevtik yanaşmaların
seçilməsi (dərman müalicəsi və ya miokardial revaskulyarizasiya) və
proqnozun müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malikdir.
Bu üsulla təyin olunmuş iki
və ya üç damar xəstəliyi, tək damar
xəstəliyinə nisbətən daha ciddi proqnostik əhəmiyyət kəsb edir. Yüksək
riskli anatomik damar xəstəliklərinə koronar arteriyanın
sol əsas
kötüyünün (
LMCA) xəstəliyi və ya sol ön enən arteriyanın (SÖEA)
proksimal nahiyəsinin də daxil olduğu “çox damar xəstəliyi” aiddir.
ÜD xəstəlikləri riski 1-2% olan orta risk qrupunun koronar arterio-
qrafiyaya məruz qalması xəstənin simptomları, funksional statusu,
həyat tərzi, məşğuliyyəti və başlanğıc müalicənin effektindən asılıdır.
Koronar arterioqrafiya aşağıdakı hallarda aparılmalıdır:
►
Ciddi mədəcik tipli aritmiyalar və ya ürək dayanmasından
sonrakı vəziyyət
►
Revaskulyarizasiyadan sonra təkrarlanan orta və ağır simptomlar
►
Daha əvvəl damarın proqnostik əhəmiyyətli
nahiyəsində
aparılmış PKM
►
PKM -dən sonra restenoz ehtimalının yüksək olduğu hallar
►
Revaskulyarizasiya icra edilməsini tələb edən simptomlar
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.