Sabit stenokardiya üzrə klinik protokol


Döş qəfəsi rentgenoqrafiyası



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   ...   4   5   6   7   8   9   10   11   ...   27
14 Stabil Angina

Döş qəfəsi rentgenoqrafiyası 
DQR yalnız ürək çatışmazlığı, qapaq xəstəlikləri və ağ ciyər 
xəstəliklərinə şübhə olduğu hallarda göstərişdir (D)
3
. Kardiomeqaliya, ağ 
ciyərlərdə durğunluq, qulaqcıqların genişlənməsi və ürək strukturlarının 
kalsifikasiyası kimi patologiyalarda proqnostik əhəmiyyətə malikdir. 
Sakitlik elektrokardioqrafiyası
Döş qəfəsində ağrısı olan bütün xəstələrə sakitlik halında 12 
aparmada elektrokardioqram çəkilməlidir. Döş qəfəsində ciddi ağrısı 
olan xəstədə qeyri-normal bir dəyişiklik olmasa belə, bu, miokardın
işemiyasını inkar etmir. Qeyri-normal EKQ ÜİX olması ehtimalını 
artırır, lakin koronar arteriyaların obstruksiyası ilə əlaqədar xəstəliyin 
ağırlıq dərəcəsini təyin etməyə imkan vermir (B)
2
. Digər tərəfdən, ST 
seqmentinin depressiyası, Q dişinin olması, sol ön hemiblok və Hiss 
dəstəsinin sol ayaqcığının tam blokadası tipli dəyişikliklər sabit 
stenokardiyanın arzuolunmaz proqnozunun əlamətləridir.
EKQ müayinənin işemik tutma zamanı aparılması tövsiyə olunur. ST 
seqmentinin geridönən depressiyası ÜİX-ni təsdiqləyir. Ürək fəaliyyətinin 
uzunmüddətli monitorlanması ağrısız işemiya epizodlarının aşkar 
olunmasına imkan verir. Bu, xəstədə, xüsusilə xəstəliyin RA olduqda
ÜİX-nin olmasını təsdiq edir (C)
5

Exokardioqrafiya
Sakitlik zamanı exokardioqrafiya ürəyin qapaq xəstəlikləri və ya 
hipertrofik kardiomiopatiya kimi simptomlara səbəb ola biləcək patolo-
giyaları və mədəcik funksiyasını qiymətləndirmək üçün istifadə edilir. 
Exokardioqrafiya sırf diaqnostik məqsədlə, küylə müşayiət olunan 
ürək qapaqlarının zədələnməsi, anamnezində hipertrofik 
kardiomiopatiyası (B)
3
, EKQ dəyişikliyi olan (Hiss dəstəsinin blokadası, 
Q dişcikləri və ya başqa patoloji dəyişikliklər, ST seqmentinin 
dəyişiklikləri) (D)
3

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin