11
2. Sürətlə şiddətlənən
və ya kresçendo stenokardiya, daha
doğrusu əvvəlcədən mövcud olan gərginlik stenokardiyasının
ağırlığının sürətlə artması.
3. İlkin stenokardiya, yəni başlandıqdan sonra iki ay ərzində
aktivliyi məhdudlaşdıran,
yeni əmələ gələn ciddi
stenokardiya.
Anginoz ağrıya şübhə olduqda xəstələrin ilkin qiymətləndirilməsi
üçün alqoritm şəkil 1-də, müayinələr isə aşağıda göstərilmişdir.
Stenokardiyalı (ehtimal olunan) xəstələrin fiziki müayinəsində
yanaşı gedən halların və ya hadisəni ortaya çıxaran faktorların
təyin
və ya təkzib edilməsinə və riskin qiymətləndirilməsinə xüsusi diqqət
yetirilməlidir. Aşağıdakıların ayırd edilməsi əsas rol oynayır:
1. Ürəyin qapaq xəstəlikləri və ya hipertrofik obstruktiv
kardiomiopatiya əlamətləri
2. Hipertoniya
3. Qeyri-koronar
damar xəstəliyi
4. Yanaşı gedən ciddi
xəstəliklər, xüsusilə ağ ciyər
patologiyaları
5. Ürək çatışmazlığı əlamətləri
6. Metabolik sindromun ayırd edilməsi üçün bədən kütlə indeksi
və bel çevrəsinin ölçülməsinin qiymətləndirilməsi.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.