Sabit stenokardiya üzrə klinik protokol



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   2   3   4   5   6   7   8   9   ...   27
14 Stabil Angina

 
Protokolun məqsədləri:
► 
Klinik protokolun məqsədi, fərdi xəstələrdə ən yaxşı müalicə 
strategiyasını seçmək və təxirəsalınmaz vəziyyətlərdə sübuta 
yetirilmiş bütün uyğun müalicə tədbirlərini həkimlərə təqdim 
etməkdir. 
► 
Bütün prosedurlar və müalicələr üçün tövsiyələrin gücü və 
sübutların səviyyəsi müəyyənləşdirilmiş 
şkalaya 
əsasən 
ölçülmüşdür. Bununla yanaşı, hər bir fərdi xəstəyə yardım barədə 
son mühakimə məsuliyyət daşıyan həkim tərəfindən verilməlidir. 
 
ÜMUMİ MÜDDƏALAR 
Sabit stenokardiya – fiziki gərginlik (hərəkət, yüksəkliyə qalxma, 
ağırlıq qaldırma), AT yüksəlməsi, soyuq, çoxlu miqdarda qida qəbulu, 
emosional stresslə əlaqədar meydana gələn, döş sümüyünün arxasında 
lokalizasiya olunan, tutmaşəkilli, sıxıcı, təzyiqedici ağrı və ya narahatlıq 
hissi ilə xarakterizə edilən, sol qola, boyuna, çənəyə irradiasiya edən, 
adətən 3-5 dəqiqə davam edən, sakitlik halında, sublinqval nitroqliserin 
qəbulundan sonra bir neçə dəqiqə ərzində keçib gedən klinik 
sindromdur.
Stenokardiya miokardın keçici işemiyası, yəni miokardın oksigenə 
olan tələbatı və onun koronar qan dövranı ilə çatdırılması arasında 
uyğunsuzluq nəticəsində meydana gəlir.
Stenokardiyanın patomorfoloji substratı praktiki olaraq həmişə 
koronar arteriyaların aterosklerotik zədələnməsidir.  
 
Epidemiologiya 
ÜİX uzun illərdir ki, əksər iqtisadi cəhətdən inkişaf etmiş 
ölkələrdə əhalinin əsas ölüm səbəbini təşkil edir. Şərqi Avropa, ABŞ, 
Kanada, Avstraliyada son onilliklər ərzində ölüm göstəricisi faizinin 
azalmasına meyllilik aşkar olunmuşdur. SS-nin rastgəlmə tezliyi 
yaşla əlaqədar olaraq kəskin artır: qadınlar arasında 45-54 yaşda 0,1-
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


8
1% təşkil etdiyi halda, 65-74 yaşda 10-15%; kişilərdə uyğun olaraq 
2-5% və 10-20% təşkil edir. Əksər Avropa ölkələrində SS-nin 
yayılması 1 mln əhaliyə 20 000-40 000 təşkil edir. 
Risk amilləri 
SS koronar arteriyaların aterosklerozunun klinik təzahürüdür. 
Aterosklerozun inkişaf etmə ehtimalı aşağıdakı risk amillərinin (RA) 
mövcudluğu fonunda əhəmiyyətli dərəcədə yüksəlir.
1. İdarəolunmayan (modifikasiya olunmayan) risk amilləri 
► 
50-60-dan yuxarı yaş 
► 
Kişi cinsi 
► 
İrsi meyllilik 
2. İdarəolunan (modifikasiya olunan) risk amilləri həddindən 
artıq çoxdur. Real sübuta yetirilmiş RA aşağıdakılardır: 
► 
Dislipidemiyalar 
► 
Arterial hipertenziya 
► 
Tütünçəkmə 
► 
Piylənmə 
► 
Karbohidrat mübadiləsinin pozulması (hiperqlikemiya, şəkərli 
diabet)
► 
Hipodinamiya 
► 
Qeyri-rasional qidalanma 
► 
Hormonal disbalans 
► 
Podaqra 
► 
Psixoemosional gərginlik 
Son illər aterosklerozun öyrənilməsi istiqamətində aparılmış 
tədqiqatların nəticəsində isbat olunmuşdur ki, sadalanan RA-dan 
daha əhəmiyyətli olanları – dislipidemiya, AH, tütünçəkmə, 
piylənmə və ŞD-dir. 
ÜİX aşkar olunmuş xəstələrdə RA öz mənfi təsirini göstərməkdə 
davam edərək, xəstəliyin proqressivləşməsinə və proqnozun 
pisləşməsinə səbəb olur. Məhz bu səbəbdən də RA-nın korreksiyası 
müalicə taktikası və ikincili profilaktikanın tərkib hissəsi olmalıdır. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


9

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin