13
Laborator-instrumental müayinələr:
►
Laborator müayinələr
9 Ümumi qan analizi, kreatinin
9 Qanda acqarına şəkər
9 Qanda acqarına
lipid profili
9 yh C-reaktiv zülal, homosistein, Lp(a), ApoA, ApoB
►
Döş qəfəsi rentgenoqrafiyası
►
EKQ
►
Exokardioqrafiya
►
Fiziki yük sınaqlı EKQ
►
Fiziki yük (ExoKQ, ssintiqrafiya və MRT) təsvir üsulları
►
Farmakoloji stress təsvir üsulları
►
Ürəyin stress maqnetik rezonans sınağı
►
Kompüter
tomoqrafiya
►
Maqnetik rezonans arterioqrafiya
►
Koronar arterioqrafiya
Laborator müayinələr
SS olan bütün xəstələrdə risk profilinin
təyini və müalicəyə
ehtiyacın olub-olmadığını müəyyənləşdirmək üçün qanda şəkərin
acqarına səviyyəsi və acqarına lipid profili (ümumi xolesterin,
yüksək
sıxlıqlı və aşağı sıxlıqlı lipoproteidlər, triqliseridlər) yoxlanmalıdır.
Yüksəlmiş ÜX, ASLP və şəkər səviyyələri, həmçinin proqnozun
təyinediciləridirlər. Müalicənin effektivliyinin
göstərilməsi və yeni
meydana çıxan şəkərli diabet xəstəliyinin təyini üçün lipid profili və
şəkər statusu vaxtaşırı yoxlanılmalıdır. Bütün xəstələrdə ümumi qan
və plazma kreatinini analizlərinin yoxlanılması məsləhətdir
(D)
3
.
Şəkər yükləmə sınağı, xolesterin subfraksiyaları (ApoA, ApoB),
homosistein, lipoprotein (a) (Lpa), N-terminal
beyin natriuretik
peptid (NT-BNP), hemostaz anormallıqlarının və yüksək həssaslıqlı
C reaktiv zülal (yh CRZ) kimi iltihab markerlərinin yoxlanılması
bəzi xəstələrdə rol oynaya bilər .
Troponinlər kimi miokardial zədələnmə biomarkerlərinin təyini
klinik qeyri-sabit xəstəliyin gedişində və ya kəskin koronar sindrom
meydana
gəldiyi halda tövsiyə edilir (A)
3
. Klinik olaraq şübhə
olduqda qalxanabənzər vəzinin funksional vəziyyəti yoxlanılmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.