Sabit stenokardiya üzrə klinik protokol


daha əvvəl keçirilmiş miokard infarktı (B)



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
14 Stabil Angina

, daha əvvəl keçirilmiş miokard infarktı (B)
3
, ürək 
çatışmazlığı simptomları və əlamətləri olan xəstələrə aparılır (B)
3
 
SS-də uzunmüddətli sağqalmanın əsas prediktoru ExoKQ ilə 
qiymətləndirilən SM funksiyasıdır, belə ki, bu funksiyasının pozulması 
ölüm faizini artırır. SM hipertrofiyası da mühüm proqnostik əlamətdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


15
Fiziki yük sınaqlı EKQ 
Xəstələrin böyük əksəriyyətində fiziki yük sınaqlı (FYS) 
elektrokardiografiya ÜİX diaqnozunu müəyyənləşdirmək və riski 
qiymətləndirmək üçün ilkin müayinə hesab edilir. Ümumiyyətlə
stenokardiyaya şübhəli olan xəstələrə sakitlik EKQ ilə yanaşı FYS EKQ 
müayinəsi aparılmalıdır (C)
2

Fiziki yük zamanı ST-seqmentinin depressiyası stress testin müsbət 
qiymətləndirilməsinə əsas verir. ÜİX diaqnozunun qoyulmasında fiziki 
yük sınağının həssaslığı və spesifikliyi uyğun olaraq 68% və 77% 
göstərilir. Hiss dəstəsinin sol ayaqcığının tam blokadası, 
kardiostimulyator ritmi və WPW sindromunun olduğu hallarda fiziki yük 
sınağının heç bir diaqnostik əhəmiyyəti olmur. SM, elektrolit disbalansı, 
mədəcikdaxili keçiriciliyin pozulması və uzun müddət digitalis 
preparatlarının qəbulu ilə əlaqədar olaraq sakitlik EKQ anormal xəstələrin 
stress sınaqları diaqnostik baxımdan informativ olmur. Bu zaman 
diaqnostika və proqnozun müəyyənləşdirilməsi üçün alternativ olaraq 
funksional sınaqlardan istifadə oluna bilər. 
FYS EKQ-nin həssaslığı 3 damar zədələnməsi olan xəstələrdə daha 
yüksək, bir damar xəstəliyi olan xəstələrdə daha aşağıdır. Qadın xəstələr 
üçün fiziki yük sınağının spesifikliyi və həssaslığı daha aşağıdır (C)
2

FYS EKQ, ÜİX diaqnozu təsdiqlənmiş və xəstəliyə şübhə doğuran 
xəstələrin riskinin qiymətləndirilməsində əsas vasitədir. Proqnostik 
göstəricilərə, fiziki gərginliyə tolerantlıq və fiziki gərginlik zamanı klinik 
və elektrokardioqrafik olaraq meydana çıxan işemiya aiddir. Fiziki yükə 
maksimal tolerantlıq, proqnostik göstərici olmaqla, maksimal fiziki yükün 
davametmə müddəti, maksimal MET səviyyəsi, Watt -la ifadə olunan 
maksimal iş yükü və ürək vurğularının maksimal sayı ilə ölçülür. Fiziki 
gərginliyin sonunda ürək vurğularının sayı, ST seqmentinin depressiyası, 
test zamanı ağrının olub-olmaması, iş yükünün yüksək həddi və ST 
seqmentinin dəyişməsi kimi fiziki gərginliyin göstəricilərinin analizi 
stress testin klinik əhəmiyyətini artırır. Klinik parametrlər və stress testin 
parametrlərinin kombinasiyası, Duke Treadmil Score (DTS) (əlavə 2) 
kimi bal şkalasının istifadə edilib-edilməməsindən asılı olmayaraq, 
yüksək və aşağı risk qruplarının ayırd edilməsində effektiv üsuldur.
Revaskulyarizasiyanın aparılması haqda qərar qəbul etmək üçün 
fiziki yük sınağı birinci növbədə yerinə yetirilir (A)
5
.
Xəstənin vəziyyətində klinik dəyişikliklər olmadığı halda dinamikada 
FYS aparılması tövsiyə olunur (D)
3

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


16

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin