MÜALİCƏ Müalicənin məqsədləri ►
Proqnozu yaxşılaşdıraraq miokard infarktı və ölümün qarşısını
almaq.
►
Simptomları azaltmaq və ya aradan qaldırmaq
Stenokardiyanın qeyri-farmakoloji müalicəsi ►
Xəstəliyin müalicəsində medikamentoz üsullarla bərabər pasiyentin
təlimləndirilməsi də vacib şərtlərdəndir (B) 1
►
ÜİX diaqnozu müəyyənləşdirilmiş xəstələrə bədən çəkisinin
azaldılmasına və lipid mübadiləsinin pozulmasının korreksiyasına
yönəldilmiş rasional pəhriz (tərəvəz, meyvə və balıqla zəngin
“Aralıq dənizi” pəhrizi, ət məhsullarından isə əsasən quş əti
məsləhət görülür
►
Omeqa 3 yağ turşusu ilə zəngin balıq yağının ən azı həftədə bir dəfə
qəbul edilməsi məsləhət görülür
►
Tütün istifadəsi qadağan edilməlidir, belə ki, tütünçəkmə ilə
aterosklerozun inkişafı və proqressivləşməsi arasında müsbət əlaqə
mövcuddur (A) 4
►
ŞD, AH kimi yanaşı xəstəliklərin nəzarət altına alınması (xəstədə
yanaşı olaraq ŞD və ya böyrək xəstəliyi varsa, hədəf arterial təzyiq
<130/80mm c.s. olmalıdır)
►
Xəstədə anemiya və hipertireoidizm varsa, onların korreksiyası
►
Erektil disfunksiyası olan SS-li xəstələrə sildenafil, tadalafil,
vardenafil kimi fosfodiesteraza inhibitorları ehtiyatla təyin edilə
bilər, lakin bu preparatların əks-ğöstərişləri nəzərə alınmalıdır: AT
və fiziki yükə tolerantlığın aşağı olması zamanı; uzun təsirli
nitratlarlarla istifadə edilməməlidir.
►
ÜİX olan xəstələrə fiziki aktivlik proqramı seçilməlidir. Bu zaman
onun növü, tezliyi, davametmə müddəti, intensivliyi
müəyyənləşdirilməlidir. Dozalanmış fiziki gərginlik individual
təhlükəsiz nəbz zonası daxilində olmalıdır. Fiziki məşğələlər bir çox
risk amillərinin təsirini azaltmaqla həyat keyfiyyətini və proqnozu
yaxşılaşdırır (A) 5
►
Psixo-emosional gərginliyin aradan qaldırılmasında
psixoterapiyanın müsbət təsiri ola bilər (A) 5
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.