SABĠR TAĞIYEV
NAFTALAN NEFTĠ VƏ ONUN
BAYTARLTQ TƏBABƏTĠNDƏ
ĠSTĠFADƏ EDĠLMƏSĠ
Bakı - 2002
Az-2
T-14
Redaktor: Surxay İmran oğlu
Tağızadə
Rəyçilər: Qəhrəman Bəndalı oğlu
Xəlilov
professor
Rüstəm Bəhram oğlu
Rüstəmov
professor
Akif Əsəd oğlu Əliyev
dosent
T-14. Sabir Tağıyev. NAFTALAN NEFTĠ VƏ
ONUN BAYTARLIQ TƏBABƏTĠNDƏ
ĠSTĠFADƏ EDĠLMƏSĠ
"ELM" nəşriyyatı. Bakı-2002. 312 səh.
Monoqrafiyada dünyada yeganə müalicə vasitəsi
olan Naftalan neftinin təbabətdə və baytarlıqda
işlədilmə tarixindən, geologiyası, kimyəvi təbiəti,
fiziki-kimyəvi və müalicə xassələrindən qısa məlumat
verilir. Onun insan və heyvan orqanizmində bəzi
klinik və fizioloji göstəricilərə, zülalların, nuklein
turşularının, lipidlərin, sulukarbonların, mineral
maddələrin mübadiləsinə, vitaminlərə, heyvanlarda
çoxalma üzvlərinin fəaliyyətinə boy və inkişaf
məhsuldarlığına təsirindən bəhs edilir. Əsərdə
həmçinin Naftalan neftinin və onun bəzi dərman
maddələri ilə qarışıqlarının baytarlıq təbabətində
ginekoloji xəstəliklərin müalicəsində tətbiqindən də
danışılır.
Kitab elmi işçilər, baytar həkimləri, baytarlıq
təbabəti ixtisası üzrə təhsil alan tələbələr və Naftalan
neftinin problemləri ilə maraqlanan oxucular üçün
nəzərdə tutulmuşdur.
2002
)
07
(
655
4109040000
T
qrifli nəşr
"ELM" nəşriyyatı. 2002
Tağı-zadə Məşədi
Məhərrəm Məmmədtağı
oğlu
Tağı-zadə
Məşədi
Məhərrəm Məmmədtağı oğlu
1878-ci ildə Gəncə şəhərində
yoxsul sənətkar ailəsində
anadan
olmuşdur.
Ailə
vəziyyətinin
çətinliyindən
atası onu kiçik yaşında
məstçi
ustasına
şagird
vermişdir. Həmin ustanın
yanında 7 il işlədikdən sonra
bu
sənəti
mükəmməl
öyrənmişdir. O, elmə və
maarifə
böyük
maraq
göstərmiş,
özü
müstəqil
olaraq ərəb və fars dillərini öyrənmiş, ədəbiyyatı (xüsusilə
şərq poeziyasını) tarix və coqrafiya elmlərinin mükəmməl
bilicisi olmuşdur. Yaşadığı dövrdə Gəncədə fəaiiyyət
göstərən qabaqçıl ziyalılarla: Məhəmməd Hadi, Abbas
Səhhət, Həmid Araslı, Qasım Qənbəroğlu, Cahanbaxış,
Qarabağlı Məşədi Mikayd və başqaları ilə sıxı əməkdaşlıq
və yaxın dostluq etmişdir. Bütün şüurlu həyatını
Azərbaycanın xalqının müstəqilliyi, inkisafı və azadlığına
nəsr etmişdir.
Gəncə və onun ətraf bölgələrində gizli fəaliyyət
göstərən Musavat partiyası və sonralar bu partiyanın
nəznində "İttihad" qrupunun fəal üzvü, sədr müavini və
partiya biletlərini paylayan olmuşdur. O zaman Sovet
rejimi əleyhinə mübarizə aparan, "İttihad" qrupunun fəal
üzvü Musavat dövlətinin möhkəmləndirilməsinin, təbliğ
edilməsi, müsəlman millətinin birləşib, mövcud quruluşun
əleyhinə vahid cəbhə yaradılmasında bilavasitə iştirakına
və pantürkist meyilli şəxsiyyət olduğuna görə dəfələrlə
(1920, 1924, 1931-ci illərdə) represiyaya məruz qalmışdır.
M.M.Tağı-zadə gənc nəslin təhsil almasına bütün
varlığı ilə çalışmışdır.
Gəncənin bir qrup imkansız gənclərini öz xərci ilə
Bakı Dövlət Universitetinə, Bakı pedaqoji institutuna ali
təhsil almağa göndərmişdir. Bunlardan son illərə qədər
Gəncədə yaşamış Mirzə-Davud Hacıyevi,
3
İzzət Məmmədovu və başqalarını göstərmək olar.
Sovet rejiminin təzyiqi onun ömrünün sonuna kimi
davam etdirilmiş və 1937-ci ilin represiyasına məruz
qalmışdır.
1946-cı ildə doğma vətəninə qayıdan M.M.Tağızadəyə
qarşı dövlət tərəfindən göstərilən mənəvi haqsızlıq davam
etdirilərək 1949-cu ildə o yenidən Gəncə şəhərindən sürgün
edilmiş və 1953-cü ilin noyabr ayında ürək tutmasından
qəflətən vəfat etmişdir. 19 yanvar 1989-cu ildə SSRİ Ali
Soveti Rəyasət Heyyətinin qərarı ilə ona bəraət verilmişdir.
Gəncə və ətraf bölgələrin yaşlı nəsli Məstçi Məşədi
Məhərrəm Məmmədtağı oğlunu xalqını sevən, xeyirxah,
həmişə imkansızlara əl tutan insan kimi xatirəsini əziz
tuturlar.
4
ÖN SÖZ
Naftalan nefti Azərbaycan Respublikasının təbii
sərvətləri içərisində mühüm yer tutur. Bü dünyada naftalan
nefti yataqlarının ancaq Azərbaycanda olması və naftalan
neftinin tərkibində bioloji fəal və müalicə təsirli maddələrin
zənginliyi ilə əlaqədardır. Naftalan neftinin göstərilən
xassələri onun ta qədimdən xalq təbabətində istifadə
olunmasına səbəb olmuşdur.
Ona görə də bu preparatın öyrənilməsi XX əsrin
əvvəllərindən başlayaraq, istər təbii elmlər baxımından-
geoloji cəhətdən, istərsə də tibbi və baytarlıq təbabətində
müalicə vasitəsi kimi istifadə edilməsinə görə həmişə
tədqiqatçıların böyük marağına səbəb olmuşdur.
Təbii sərvətlərin öyrənilməsi proqramı üzrə Respublika
alimləri naftalan neftinin tətbiqi sahəsində hərtərəfli
məqsədöynlü tədqiqatlar aparmışlar.
Bu məqsədlə 1963-cü ildə Azərbaycan Kənd
Təsərrüfatı Akademiyasında, baytarlıq fakultəsinin nəznində
naftalan
neftinin
öyrənilməsinə
dair
problem
laboratoriyasının yaradılması zəruri hesab edilmişdir.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının dosenti,
baytarlıq elmləri namizədi, baytarlıq təbabəti fakultəsinin
dekanı Sabir Məhərrəm oğlu Tağıyevin naftalan neftinin
baytarlıq təbabətində öyrənilməsi sahəsində apardığı
tədqiqatlar xüsusi və önəmli yer tutur.
S.M.Tağıyev problem laboratoriyada və fəaliyyət
göstərdiyi kafedrada apardığı tədqiqatlar əsasında naftalan
neftinin
kənd
təsərrüfatı
heyvanlarının
ginekoloji
xəstəliklərində, toyuqların yumurta məhsulunun artırılması
və qısırlıqla mübarizədə müalicə vasitəsi və bioloji fəal
təsirli maddə kimi hərtərəfli öyrənilmişdir.
S.M.Tağıyev yüksək metodiki səviyyədə apardığı
tədqiqatların və naftalan nefti problemi üzrə digər
tədqiqatçıların elmi işləmələri nəticələrinin məcmuu, yazdığı
"Naftalan nefti və onun baytarlıq təbabətində- istifadə
edilməsi" monoqrafıyasında öz əksini tapmışdır. Kitabı
oxuyarkən ilk növbədə müəllifın problemi hərtərəfli bilən və
yüksək yaradıcılıq qabiliyyətinə malik olan tədqiqatçı
olmağını göstərir.
Monoqrafıyanın ilk fəsillərində naftlan neftinin müalicə
vasitəsi kimi istifadə edilməsi tarixindən, onun geologiyası,
kimyəvi tərkibi, fıziki kimyəvi xassələri, tibbi və baytarlıqda
işlədilməsi barədə geniş məlumatlar verilir. Bu məlumatlar
5
kitabdan istifadə edən mütəxəssis, tədqiqatçı, və adi
oxucuda naftalan nefti haqqında ümumi təsəvvür yaradır,
eyni zamanda naftalan neftinin gələcəkdə öyrənilməsi
perspektivlərini aydınlaşdırır.
Monoqrafıyada şəxsi tədqiqatlara və digər alimlorin
elmi işləri əsasında naftalan neftinin dəri, cərrahi, ginekoloji
və digər xəstəliklərdə müalicə səmərəsi və onun baytarlıqda
qiymətli müalicə vasitəsi və perspektvli olması göstərilir.
Naftalan neftinin işlədilməsi qaydalarından dozası və tətbiq
edilmə qədərindən asılı olaraq heyvanlarda qanın morfoloji
və biokimyəvi tərkibinə, bəzi kliniki göstəricilərə təsiri
tədqiqatların nəticələrinə əsasən ətraflı şərh edilir.
Naftalan neftinin azot, lipid, karbohidrat, mineral
maddələr mübadiləsinə və vitaminlərə təsirinin öyrənilməsi
sahəsində S.M.Tağıyev geniş tədqiqatlar aparmışdır.
Müəyyən edilmişdir ki, naftalan nefti kiçik dozada,
maddələr mübadiləsinə əsasən müsbət təsir edir, lakin
nisbətən yüksək dozalarda isə müəyyən dəyişiklərə səbəb
olur. Bu dəyişiklər preparatın işlədilməsi dayandırıldıqdan
sonra tezliklə bərpa olunur ki, bu da naftalan neftinin
orqanizm üçün zərərli olmamasını göstərir. Naftalan neftinin
öyrənilməsində ən qiymətli elmi nəticə onun heyvan
orqanizminə toyuqların timsalında müxtəlif orqan və
toxumlarda nuklein turşularının miqdarına təsirinin
müəyyən edilməsidir.
Bu prosesdə ən müsbət nəticə naftalan neftinin kiçik
dozada işlədilməsində müşahidə edilir.
S.M.Tağryev laboratoriya və kənd təsərrüfatı heyvanları
üzərində apardığı təcrübələri göstərmişdir ki, naftalan nefti
heyvanlarda çoxalma üzvlərinə müsbət təsir göstərir. Bu isə
preparatın tərkibindəki follikulinə bənzər fəal bioloji
maddələrin cinsiyyət üzvlərinin funksiyasına stimullaşdırıcı
təsir göstərməsi ilə izah edilir.
Alınan nəticələr öz növbəsində naftalan neftinin
tətbiqinin
heyvandarlığın
inkişafında
və
onların
məhsuldarhğının /ət, yumurta/ artırılmasında rolunu və elmi-
təcrübəvi əhəmiyyətini göstərir.
S.M.Tağıyev və digər tədqiqatçıların elmi işləmələri
əsasında naftalan nefti və onun bəzi mikrobəleyli
preparatlarla /furasilin, rivanol, naqanin və s./ qarışıqlarının
balalıq və balalıq yolunun müxtəlif iltihablı proseslərində
müalicə səmərəsinin olması müəyyən edilmiş və geniş
təsərrüfat sınaqından keçirilmişdir. Aparılan uzun illərin
tədqiqatlarının nəticələri monoqrafıyada öz əksini tapmışdır.
Monoqrafıyanın daha geniş oxucu kütləsini cəlb etməsi
6
bir də onunla izah edilə bilər ki, əsərin xülasəsinin
tərcüməsinin rus və ingilis dillərində verilməsidir.
Beləliklə, S.M.Tağıyevin "Naftalan nefti və onun
baytarlıq təbabətində istifadə edilməsi" adlı monoqrafıyası
yüksək qiymətli elmi əsər olmaqla Azərbaycanın təbii
sərvəti olan naftalan neftinin təbabətdə və baytarlıq
təcrübəsində geniş istifadə edilməsi sahəsində çox dəyərli
elmi vəsaitdir. Monoqrafiya nəinki baytarlıq elminə,
ümumiyyətlə Azərbaycan elminə böyük töhfədir.
Biz əminik ki, praktiki baytar və tibbi işçiləri,
tədqiqatçdar, təbiətlə maraqlanan geniş oxucu kütləsi bu
qiymətli monoqrafiyadan istifadə edəcəkdir.
Azərbaycan Respublikası Dövlət Mükafatı
Laureatı, Azərbaycan Milli Akademiyasının
Həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Emlər
Akademiyasının Akademiki
Yaqub
Hacıyev
7
Azərbaycan
Demokratik
Respııblikasının
yaradılmasına
həyatını fəda etmiş atam Tağızadə
Məşədi Məhərrəm Məmmədtağı
oğlunun əziz xatirəsinə həsr
olunur
Giriş
Son
illər
Sovet
dövlətinin
dağılması
ilə
Respublikamızda baş verən hadisələr, xalq və kənd
təsərrüfatlarında, həmçinin əhalinin yaşayışında çox ağır
vəziyyət yaratmışdır. Müstəqil, suveren Azərbaycan
Respublikasının iqtisadiyyatını qısa müddətdə yüksəltmək
üçün hər bir vətənpərvər azərbaycanlı əlindən gələni
əsirgəməməlidir.
Əhalinin heyvandarlıq məhsulları ilə, yüngül sənayeni
xammalla təmin etmək üçün heyvandarlığı və quşçuluğu
inkişaf etdirmək və onların məhsuldarlığını artırmaq,
keyfıyyətini yaxşılaşdırmaq tələb olunur. Zoobaytar
mütəxəssislərinin və bu sahədə çalışan alimlərin ümdə
vəzifəsi heyvanların qısırlığı ilə və az məhsuldar toyuqlarla
mübarizəyə yönəldilməlidir. Buna nail olmaq üçün heyvan
və quşların cinsiyyət üzvlərinin normal fəaliyyətini bərpa
ecmək lazımdır.
Məlumdur ki, cinsiyyət vəzilərinin fızioloji fəaliyyəti
hipofızin honodotrop funksiyası ilə tənzimlənir. Endogen
estrogenlər lüteniləşdirici hormonun ifrazını stimullaşdırdığı
halda, follikulinstimullaşdırıcı hormonun sekresiyasını
ləngidirlər.
Kənd təsərrüfatı heyvanlarında cinsiyyət üzvlərinin
fəaliyyətini yüksəltmək, balavermə və məhsuldarlığını
artırmaqda müxtəlif təbii və sintetik estrogenlərdən və
farmokoloji
preparatlardan-sinestrol,
follikulin, boğaz
madyan qanın zərdabı (BMZ), pituitrin və qeyrilərindən
geniş istifadə edilir. Lakin bu preparatların hazırlanma
texnologiyası xüsusi şərait, avadanhq, qurğular, kapital
qoyuluşu tələb edir. Bu məqsədlə təbiətin bütün dünyada-
yalnız Azərbaycana bəxş etdiyi yeganə müalicə vasitəsi olan
naftalan neftindən istifadə edilməsi daha əlverişlidir.
Naftalan nefti çox qədim zamanlardan insanlar tərəfındən
istifadə olunmağa başlanmışdır.
XX əsrin əvvəllərində onun kimyəvi təbiətinin
öyrənilməsinə
(Y.H.Məmmədəliyev,
K.A.Krassuski,
A.İ.Sarançuk, A.S.Velikovski və başqaları), insan və heyvan
8
orqanizminə
təsirinin
(A.İ.Qarayev,
A.Z.Babayev,
Ə.S.Həsənov, R.K.Əliyev, T.H.Paşayev, M.A.Əlizadə,
H.İ.Səfərov, Q.B.Xəlilov, Y.Y.Babayev, H.K.Abbasov və
qeyriləri)
və
müalicə
xassələrinin
tədqiqinə
(V.A.Aleksandrov,
İ.S.Qinzburq,
B.A.Eyvazov,
Z.M.Məmmədov, M.C.Əfəndiyev və digərləri) başlamışdır.
1938-ci ildə Bakıda Azərbaycan Elmi-Tədqiqat
Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutunda,
1965-ci ildə Naftalan kurortunda professor T.H.Paşayevin
təşəbbüsü ilə naftalan neftinin öyrənilməsi ilə məşğul olan
elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Respublikanın bir
sıra elmi-tədqiqat və tədris institutlarının klinika və
laboratoriyalarında naftalan neftinin hər tərəfli tədqiqinə
diqqət artırılmışdır. Müəyyən edilmişdir ki, naftalan neftinin
tərkibindəki steroid təbiətli estrogen, follikulinəbənzər
birləşmələr cinsiyyət üzvlərinin xüsusi ilə yumurtalıqların
fəaliyyətini gücləndirir.
İlk dəfə təbabətdə ginekoloji xəstəliklərin müalicəsində
naftalan neftini dövrünün körkəmli alimi F.İ.İlin sınaqdaq
keçirmiş və 1935-ci ildə Moskva ginekoloqların ümumittifaq
qurultayında müsbət təsirə malik olmasını bəyan etmişdir.
Sonralar bu və digər istiqamətlərdə geniş elmi-tədqiqat işləri
Y.H.Məmmədəliyev,
A.İ.Qarayev,
T.H.Paşayev,
Z.M.Məmmədov, A.İ.Malinovski, A.İ.Atayev, Y.Q.Heller,
A.A.Keodakov, M.K.Mahmudbəyova, F.A.Dıxno-Lebzon,
A.M.Keylis, M.A.Pənahi, V.İ.Solovyov, S.Ə.Quliyeva və
başqalan apararaq, naftalan neftinin təsir mexanizmini,
eləcədə tibb ginekologiyasında və başqa sahələrdə əlverişli,
güclü təsirə malik olmasını əsaslandırmışlar. Onlar sübüt
etmişlər ki, naftalan nefti iltihab əleyhinə, follikulinəbənzər
xassəli, ağrı azaldıcı, yumşaldıcı, asan sorulan və ucuz başa
gələn dərmandır. Bu təklikdə və digər farmakoloji
preparatlarla birlikdə müvəffəqiyyətlə istifadə edilir.
Təbabətin digər sahələrində də naftalan neftinə aid
geniş, dərin tədqiqatlar aparılmış və gözəl nəticələr
almmışdır. Buna görədir ki, hazırda Azərbaycan
Respublikasınm Naftalan qəsəbəsində ilboyu fəaliyyət
göstərən dünya şöhrətli kurort yaradılmışdır.
Naftalan neftinin təsirli müalicə vasitəsi olması və
tibbidəki nailiyyətləri baytarlıq sahəsinin alimlərinin də
diqqətini cəlb etmişdir. İlk dəfə Bakı Baytarlıq Klinikasında
1938-ci ildə bir neçə xəstə üzərində naftalan nefti sınaqdan
keçirilmişdir. 1941-1942-ci illərdən başlayaraq Azərbaycan
Kənd Təsərrüfatı Akademiyasında da xüsusi Elmi-Tədqiqat
laboratoriyası yaradılmışdır və bu sahədə elmi-tədqiqat işləri
9
ilə məşğul olmuşlar. 1963-cü ildə professor H.M.Hacıyevin
təşəbbüsü ilə xüsusi elmi-tədqiqat problem laboratoriyası
açdaraq, naftalan neftinin geniş tədqiqinə başlanmışdır.
Hazırda naftalan nefti baytarlıq təbabətində xəstə
heyvanların yoluxmayan daxili, cərrahi, ginekoloji, dəri
xəstəliklərinin
müalicəsində
geniş
istifadə
olunur.
A.H.Qədimov, H.M.Hacryev, İ.M.Əzimov, S.M.Tağıyev,
Y.Y.Babayevin bu istiqamətdə apardıqları tədqiqatları xüsusi
əhəmiyyət kəsb edir. Naftalan neftinin heyvan orqanizminə
təsirinin
öyrənilməsində
H.İ.Səfərov,
Q.B.Xəlilov,
Y.Y.Labayev, H.K.Abbasovun və başqalarının işləridə
diqqətə layiqdir.
Biz baytarlıq ginekologiyasında naftalan neftinin
müalicə təsirini öyrənərək müəyyən etmişik ki, onun
furasilin və rivanolla qarışıqları inəklərin vakinit və
metritinin müalicəsində ən sərfəli dərman maddəsidir.
Baytarlıq təbabəti sahəsində çalışan alimlərin tədqiqatlarıda
sübut etmişdir ki, naftalan neftinin spesifik müalicə təsiri
onun tərkibindəki steroid təbiətli maddələrlə sıx əlaqədardır.
Naftalan
neftinin
belə
birləşmələrlə
zənginliyi,
təcrübələrimizin nəticələri əsas vermişdir ki, onun kənd
təsərrüfatı heyvanları və quşlarının cinsiyyət üzvlərınin
funksiyasına təsiri eksperimental yolla araşdırılsın. Bu
kitabda uzun illər apardığımız tədqiqatların nəticələrini ilk
dəfə azərbaycan dilində yığcam şəkildə şərh etməyə
çalışmışıq.
Kitaba naftalan neftinin geologiyası, fıziki-kimyəvi
xassələri, tibbidə və baytarlıqda işlədilmə tarixi, insan və
heyvan orqanizminə təsiri və mexanizmi, kənd təsərrüfatı
heyvanları və quşlarının çoxalma üzvlərinin fəaliyyətinə,
klinik fızioloji göstəricilərinə, boy və inkişafına, ət və
yumurta məhsuldarlığına, alınan yumurtalardan cücə
çıxımına, onların nəsilvermə, kürtdüşmə instiktinə təsiri və
qeyri məsələlər elmi əsaslarla müasir səviyədə təsvir
edilmişdir.
Kitab nadir müalicə vasitəsi olan naftalan nefti problemi
ilə maraqlananlar üçün nəzərdə tumlmuşdur.
10
M Ü N D Ə R Ġ C A T
səh.
Ön söz
4
I FƏSĠL. Naftalan neftinin müalicədə işlədilmə
tarixindən
9
1.Naftalan neftinin tibbidə işlədilməsi
9
2.Naftalan neftinin baytarlıq təbabətində
işlədilməsi
15
II
FƏSĠL. Naftalan neftinin geologiyası, kimyəvi
təbiəti və fıziki-kimyəvi xassələri 18
III
FƏSĠL. Naftalan neftinin insan və heyvan
orqanizminə təsiri və müalicə xassələri
22
1.Naftalan neftinin insan və heyvan orqanizminə
təsiri
22
2.Naftalan neftinin müalicə xassələri
28
2.1.
Naftalan neftinin dəri xəstəliklərinin
müalicəsində işlədilməsi 30
2.2.Naftalan neftinin cerrahi xəstəliklərin
müalicəsində işlədilməsi
31
2.3.Naftalan neftinin ginekoloji xəstəliklərin
müalicəsində işledilməsi 32
3.Qoyunlarda işkənbənin yığılma fəaliyyətinə
təsiri
35
4.Toyuq, dovşan və qoyunlarda qanın morfoloji
tərkibinə təsiri
41
5.Qoyunların klinik göstəricilərinə naftalan
neftinin təsiri
59
6.Toyuqlarda maddələr mübadiləsinə naftalan
neftinin təsiri
60
6.1.Azot mübadilosinə naftalan neftinin təsiri
60
6.1.1.Zülal mübadiləsinə naftalan neftinin təsiri 63
6.1.2.Nuklein turşularının mübadiləsinə naftalan
neftinin təsiri
93
6.2.Lipid mübadiləsinə naftalan neftinin
təsiri 118
6.3.Karbohidrat mübadiləsinə naftalan neftinin
təsiri 133
6.4.Mineral maddələrin mübadiləsinə naftalan
neftinin təsiri 135
6.5.Vitaminlərə naftalan neftinin təsiri 142
IV
FƏSĠL. Heyvanlarda çoxalma üzvlərinin
fəaliyyətinə naftalan neftinin təsiri 144
308
l.Ağ siçanlarda balalığın inkişafına naftalan
neftinin
təsiri
144
2.Cinsiyyətcə
yetişməyen
ağ
siçanların
yumurtalığınınkütləsinə naftalan neftinin
təsiri
146
3.Cinsiyyətcə yetişmeyen dovşanların çoxalma
üzvlərininfəaliyyətinə naftanan neftinin
təsiri
148
4.Qoyunların
sidiyində ve qan zerdabında
honadotron hormonun miqdarına naftalan neftinin
təsiri
152
5.Çoxalma
üzvlərinin
funksiyasının
stimullaşdırılmasına naftalan neftinin
təsiri 155
5.1.Naftalan neftinin dozasının təyinində yeridilmə
yolununrolu
155
5.2.Yumurtalıqlarda naftalan neftinin tesirinden
baş veren struktur dəyişiklər 157
5.3.Quşların çoxalma üzvlərinin fəaliyyətinə
naftalan neftinin təsiri 170
5.3.1.Yumurtalıq və yumurtalıq yolunun inkişafına
təsiri
170
5.3.2.Toyuq
yumurtasının
nəsilartırma
qabiliyyətinə naftalan neftinin
təsiri 176
5.3.3.Toyuqların gürtdüşmə instiktinə naftalan
neftinintəsiri
179
5.4.Törədici qoçların toxumunda bəzi lipidlərin və
mineral maddələrin miqdarına naftalan neftinin
tesiri 180
5.4.1 .Lesitin vo xolesterinin miqdanna təsiri 180
5.4.2.Mineral maddələrin miqdarına təsiri
181
5.4.3.Törədici
buğaların toxumunda mineral
maddələrin miqdarına təsiri
184
V FƏSĠL. Heyvanların boy və inkişafına naftalan
neftinin təsiri
190
l.Siçanların canlı kütləsinə naftalan neftinin təsiri190
2.Dovşanların canlı kütləsinə naftalan neftinin
təsiri
193
3.Toyuqların canlı kütləsine naftalan neftinin təsiri195
4.Toyuqların əsas ölçülərinə naftalan neftinin təsiri196
5.Təcrübə toyuqlarının yumurtalarından çıxmış
cücələrin canlı kütləsinə naftalan neftinin tesiri 198
6.Təcrübə toyuqlarının yumurtalarından çıxmış
cücələrin 4-cü qanad lələyi və əsas ölçülərinə
naftalan neftinin təsiri
199
309
7.Qoyunların canlı kütləsinə naftalan neftinin təsiri200
VIFƏSĠL.
Toyuqların məhsuldarlığına naftalan
neftinin təsiri
204
l.Toyuqların yumurta məhsuluna naftalan neftinin
təsiri
204
2.Toyuqların yumurtasının kütləsinə və ölçülərinə
naftalan neftinin təsiri
207
3.Toyuq yumurtasının kimyəvi tərkib hisselərinə
naftalan neftinin təsiri
209
4.Toyuqların ət mehsuldarlığına naftalan neftinin
təsiri
222
VII FƏSĠL. Naftalan neftinin və onun qarışıqlarının
baytarlıqtəbabətində ginekoloji xəstəliklərin
müalicəsində tətbiqi 226
1.
Naftalan neftinin və qarışıqlarının
bakteriostatik və baktcriosid təsiri
226
l.l.Balalıq axıntısının mikroflorasına naftalan
neftinin tesiri
226
1.2.Balalıq axıntısının mikroflorasına naftalan-
furasilin qarışığının təsiri
227
1.3.Balalıq axıntısının mikroflorasına naftalan-
rivanol qarışığının təsiri
229
2.
Balalıq və balalıq yolu iltihablarının
müalicəsində naftalan neftinin və onun
qarışıqlarının tətbiqi
230
2.1.Naftalan neftinin dozalarının müəyyən edilməsi231
2.2.Balalıq yolu iltihabının naftalan nefti ilə
müalicəsi
231
2.3.Balalıq iltihablarının naftalan nefti ilə müalicəsi232
2.4.Balalıq və balalıq yolu iltihablarının naftalan-
furasilin qarışığı ilə müalicəsi
234
2.5.Balalıq və balalıq yolu iltihablarının naftalan-
rivanol qarışığı ilə müalicəsi
236
2.6.Yoluxucu vaginitin naftalan nefti ve onun
qarışıqları
ilə
müalicəsi
238
2.7.Camışlarda vaginitin naftalan nefti və onun
qarışıqları ilə müalicəsi
239
2.8.Camışlarda metritlərin naftalan nefti və onun
qarışıqları ilə müalicəsi
241
2.9.Təsərrüfat şəraitində inəklərin qısırlığı ilə
mübarizedə naftalan neftinin işlədilməsi
243
310
ÜMUMĠ NƏTĠCƏ 248
Нафталанская нефтъ и ее применение в
ветеринарной медицине 260
The Naphtalan oil and application in
veterinarian medicine 275
Ədəbiyyat siyahısı 288
311
Çapa imzalanmış: 25.03.2002
Formatı:60x90 1/16. Tirajı:1000 ədəd
Həcmi:19,5 çap vərəqi.
Sifariş: 27
“KROTON” mətbəəsində hazır diopozitivlərdən
ofset üsulu ilə çap edilmişdir.
Sabir Tağıyev
(Sabir Məşədi Məhərrəm oğlu Tağıyev)
NAFTALAN NEFTĠ VƏ ONUN
BAYTARLIQ TƏBABƏTĠNDƏ
ĠSTĠFADƏ EDĠLMƏSĠ
(Azərbaycan dilində)
“ELM” nəşriyyatı
Bakı -2002
Dostları ilə paylaş: |