Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Sıra və miqdar sayının öyrədilməsi



Yüklə 2,56 Mb.
səhifə51/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   47   48   49   50   51   52   53   54   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

8. Sıra və miqdar sayının öyrədilməsi.
Məktəbəhazırlıq qrupunda sıra ilə saymağa böyük diqqət veriməlidir. Böyük qrupda uşaqlar artıq sıra ilə saymaqla tanış olmuşlar. Buna baxmayaraq, təcrübə göstərir ki, bir çox uşaqlar sıra ilə miqdar sayını fərqləndirə bilmirlər.
Uşaqların təsəvvürlərini genişləndirirlər ki. insanlar hansı hallarda sıra ilə saymaqdan, nömrələmədən nə vaxt və nə məqsədlə istifadə edirlər
5-6 yaşlı uçaqlar sıra ilə saymanın əhəmiyyətini daha dolğun dərk etməyə başlayırlar və hansı? neçənci? Sayakən neçənci? sualları xüsusi saymaq qaydasını tələb edir. Bu vaxt hər bir əşya sırada öz nömrəsini alır və neçənci yerdə? və ya sıra ilə neçənci? sualına cavab vermək üçün sayma istiqamətinin böyük əhəmiyyəti vardır. Uşaqlar öyrənirlər ki, sıra nömrəsini müəyyən edərkən soldan sağa saymaq qəbul edilmişdir, başqa hallarda isə saymanın hansı istiqamətdə aparıldığını göstərmək lazımdır (yuxarıdan IV, aşağıdan V, və s)
Uşaqlara sayca neçənci? hansı? suallarını fərqləndrməyi öyrədirlər. Axırıncı sual obyektlərin keyfiyyət əlamətlərini fərqləndirmək üçün işlədilir. Sıra ilə sayma zamanı uşaqlar əşyanın başqa əşyalar arasında yerini müəyyən edirlər. Məs. cəmisi neçə bayraq var? Sarı bayraq sayca neçəncidir? VIII bayraq nə rəngdədir?
Uşaqlar müəyyən sıra yeri olan əşyanı tapırlar, bu vaxt müxtəlif tapşırıqları yerinə yetirirlər. Onlar əşyaları göstərilən qaydada düzürlər və eyni vaxtda onlar arasındakı fəza münasıbətlərini təyin edirlər: qabaqda, sonra, arxasında.Məs. oyuncaqları elə düzün ki. matryoşkalar I, hacıyatmaz II, ayı III olsun. Kuklanı II və III nömrələr arasında qoyun. Sonra tərbiyəçi uşaqlara suallar verir: Kukla sayca neçəncidir? Bəs, ayı neçəncidir? Cəmisi neçə oyuncaq var? Hacıyatmazdan qabaq kim dayanır? Hacıyatmaz sayca neçəncidir?
Bir sırada düzülmüş 2 əşyalar çoxluqlarını tutuşdururlar. Məs. Neçə yolka var? yolkalar neçənci yerdədir? Neçə tozağacı var? onlar neçənci yerdədir? Hansı ağaclar çoxdur, yolkalar, yoxsa tozağacılar?
Uşaqlar tərbiyəçinin tapşırığı ilə həndəsi fiqurlar çəkir və onları müxtəlif rəngdə rəngləyirlər. Məs. Göy karandaşla II, qırmızı karandaşla X dairəni rənglə və s.
Uşaqlar sırada öz yerlərini tapırlar, tərbiyəçinin göstərişilə sırada yenidən düzülürlər.
Ümumiyyətlə. sıra sayı hərəkətli oyunlarda. Musiqi, fiziki mədəniyyət, təsviri sənət məşğələlərində daha da möhkəmlənir.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin